Şəhidimizin övladına Şuşa adı veriləcək - VİDEO
14:36 17.01.2021
Cəmiyyət
438
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlarımızdan də biri baş leytenant Ağayev Elçin Zakir oğludur.
Report xəbər verir ki, Ağayev Elçin Zakir oğlu 1993-cü ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.
O, 2010-cı ildə orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə təhsilini bitirərək peşəkar hərbçi kimi xidmətə başlayıb. Öz xahişi ilə xidməti vəzifəsini cəbhə bölgəsində davam etdirib və 4 il bölük komandiri işləyib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da digər qəhrəmanlar kimi torpaqların azad olunması uğrunda gedən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda fəal iştirak edib. Qəhrəman zabitimiz ötən il oktyabrın 6-sı Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 7-də doğulduğu kənddə torpağa tapşırılıb.
Şəhidin atası Zakir Ağayev oğlunun vətənpərvər olduğunu deyib: "Oğlumla fəxr edirəm ki, uzun illərdir işğal altında olan müqəddəs torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, vətənpərvər oğul idi. Həmişə Vətənlə fəxr edirdi. Bu yolu öz seçdi. Qarabağımızı işğaldan azad etdikləri günü səbrsizlikə gözləyirdi. Şuşa şəhərini işğaldan azad etmək, Şuşa uğrunda döyüşmək və oranı görmək Elçinin ən böyük arzularından biri idi. Amma o, Şuşanı görə bilməsə də arzusunu övladlarının timsalında gerçəklişdirəcəm. Övladlarını Şuşaya aparacam".
Şəhidin həyat yoldaşı Kəmalə Ağayeva da onunla bağlı xatirələrini bölüşüb. Onun sözlərin görə, Elçinin həmişə düşmənə qarşı nifrəti vardı: "O, düşmənə qarşı qəzəb hissi ilə yaşayırdı. Məhz bu qəzəb onu daha da gücləndirmişdi. Biz onunla fəxr edirik. Müqəddəs Qarabağımız məhz Elçin kimi qəhrəmanların canı və qanı bahasına düşməndən azad olundu".
Şəhid baş leytenant Elçin Ağayev göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Onun 2 övladı yadigar qalıb. Şəhidimizin dünyaya gələcək üçüncü övladına Şuşa adı veriləcək. Ailəsi körpənin daşıyacağı bu adı Elçinin həsrətində olduğu Şuşa şəhəri ilə əlaqədar olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm