Şəhidin uşaqları problemsiz yaşayacaq
20:20 05.02.2021
Cəmiyyət
568
“YAŞAT” qapı-qapı onları axtarıb, dəstək olur
“YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün yeni layihəyə başlayır. Layihə çərçivəsində şəhidlərimizin yeni doğulacaq körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunacaq. Şəhidimizin yeni doğulacaq övladının adına isə bankda depozit hesabı açılacaq və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürüləcək. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək. Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək.
Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər. Layihə çərçivəsində 4 fevral tarixində Sumqayıt şəhərində şəhidimiz Eldar Abdullayevin övladı Ahunun, Gəncə şəhərində isə şəhidimiz Elvin Mustafayevin övladı Elvinanın zəruri xərcləri üçün Fond tərəfindən 1000 AZN anaya təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılacaq.
Mövzuya münasibət bildirən Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, şəhid ailələrinin dəstəklənməsi Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas priotitetlərindəndir. Deputat əlavə edib ki, "YAŞAT" Fondunun yaradılması yalnız dövlət büdcəsindən deyil, eyni zamanda digər mənbələrdən bu istiqamətdə vəsaitin cəlb edilməsi ilə həyata keçirilir:
"Qeyd edim ki, "YAŞAT" Fondu şəhid ailələrinin, o cümlədən Qarabağ qazilərinin və onun ailə üzvlərinin daha yaxından dəstəklənməsinə imkan yaradır. Nəzərə alsaq ki, hazırda dövlət tərəfindən şəhid ailələrinin dəstəklənməsi üçün 20 proqram, Qarabağ qaziləri və eləcə də onun ailə üzvləri üçün isə 15 proqram icra olunur. Onların bir qismi birbaşa dəstək proqramlarıdır. Digər qismi isə fərqli xərclərin örtülməsi, kompensasiya edilməsi və bu istiqamətdə təşviqin verilməsi kimi proqramlardır. Bu da təbii ki, ondan xəbər verir ki, dövlət tərəfindən şəhid ailələrinin, eləcə də Qarabağ qazilərinin və onların ailələrinin yaxından dəstəklənməsi siyasəti genişlənir".
V.Bayramov bildirib ki, "YAŞAT" tərəfindən həyata keçirilən son təşəbbüslər də təqdirəlayiqdir:
"Ötən ay parlamentin təmsil etdiyi Füzuli rayonunda bütün şəhid ailələrini ziyarət etdim. Məlum oldu ki, "YAŞAT" Fondunun nümayəndələri bütün şəhid ailələrində olub, onları dinləyib və dəstək istiqamətində artıq işlərini qurmağa başlayıblar. Bu da ondan xəbər verir ki, "YAŞAT" hər bir şəhid ailəsini maraqlandıran problemləri daha yaxından öyrənməyə və bu istiqamətdə dəstək nümayiş etdirməyə çalışır. Təbii ki, bu çox təqdirəlayiqdir. İnanıram ki, şəhid, qazi və onların ailələrinin gələcəkdə də "YAŞAT"ın yeni təşəbbüsləri çərçivəsində dəstəklənməsi davam etdiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya