Əlbəttə yox! Şübhəsiz ki, tanrı onlara cənnətində yer verib. Lakin bəyaz kəfən içində, müqəddəs nəşləri suyun altında qalıb. Analarının fəryadı, haqlı etirazları ürəyimizə od salıb. Hamımız utanırıq! Üzümüz də yoxdur ki, “bağışlayın” deyək. Zatən niyə əfv etsinlər ki bizi?!
Şəhidlər su içində: "Bu, dövlətin qayğısına kölgə salır” - VİDEO
Yusif Sultanoğlu
09:34 27.01.2021
Cəmiyyət
1077
Elman Nəsirov: “Yolverilməz haldır. Ona görə məsələ araşdırılıb, müsbət həllini tapmalıdır”
“Müvafiq qurumlar ictimaiyyətə açıqlama verməlidir”
Qaradağ rayonunda Vətən savaşında canından keçən 17 şəhidin məzarını su basıb. Şəhid ailələrinin ürək dağlayan görüntüləri sosial şəbəkələrdə yayılıb. Hər kəs məlum videonu qəzəblə qarşılayıb. Axı torpaq, millət uğrunda şirin canını qurban verən oğullarımız o bataqlığa yaraşırmı?
Əlbəttə yox! Şübhəsiz ki, tanrı onlara cənnətində yer verib. Lakin bəyaz kəfən içində, müqəddəs nəşləri suyun altında qalıb. Analarının fəryadı, haqlı etirazları ürəyimizə od salıb. Hamımız utanırıq! Üzümüz də yoxdur ki, “bağışlayın” deyək. Zatən niyə əfv etsinlər ki bizi?!
Bu rəzalətlə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Nəsirov söyləyib ki, şəhidlər tarixi zəfərimizin memarlarıdır:
“Onlar vətən yolunda canlarını fəda ediblər. Onu da deyim ki, Prezident cənab İlham Əliyevin şəhid ailələrinə yüksək səviyyədə göstərdiyi qayğı da hər kəsə məlumdur. Son illərdə doqquz min şəhid ailəsi mənzillə təmin edilib.
Ölkə başçısının bir neçə gün öncə imzaladığı Fərmanda da şəhid ailələrinə evlərin verilməsi, onlara sosial qayğının artırılması məsələsi öz əksini tapıb.
Cənab Prezidentin fəaliyyətinin əsasında şəhid ailələrinə və müharibə veteranlarına dəstək durur. 17 şəhid ailəsinin etirazına gəlincə, bunu mən də eşitmişəm. Şəhidlərimizin dəfn olunduğu ərazinin su basma təhlükəsi ilə bağlı məlumatlar yayılıb. Ailələrinin etirazlarından da xəbərdaram.
Hesab edirəm ki, bu məsələ ciddi araşdırılmalıdır. Ardınca müvafiq qurumlar ictimaiyyətə açıqlama verməlidir. Fikrimcə, burda anlaşılmazlıq var. Çünki şəhid ailələrinə yüksək səviyyədə diqqətin göstərildiyi bir zamanda həmin hadisə dövlətin onlara olan qayğısına kölgə salır.
Bu yolverilməzdir! Ona görə məsələ araşdırılıb, müsbət həllini tapmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya