Səhiyyə menecmentləri hazırlanacaq: DOĞRU QƏRARDIR
Məlahət Rzayeva
11:40 13.02.2020
Cəmiyyət
2666
Azərbaycan Tibb Universiteti “Səhiyyə menecmenti” üzrə magistratura proqramını elan edir. Universitetdən verilən məlumata görə, 2 illik magistratura proqramı açılır. Proqram Azərbaycan Tibb Universitetinin təcrübəli müəllimləri, həmçinin dəvət olunmuş mütəxəssislər tərəfindən tədris olunacaq.
Proqramda düzgün səhiyyə siyasətinin aparılması, kliniki menecment, əksəriyyəti tibb işçilərindən ibarət olan və hər gün mürəkkəb fiziki, psixoloji, etik problemlərlə üzləşən kadrların idarə olunması, qlobal səhiyyə (sağlam qidalanma, ətraf mühitin mühafizəsi, ana və uşağın sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam həyat tərzinin təbliği) haqqında biliklər tədris olunacaq. Həmçinin, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi və digər zəruri bacarıqlar aşılanacaq.
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında bildirdi ki, səhiyyə menecmenti ixtisası günün tələbidir:
- Menecmentlik ixtisası verən bir çox ali təhsil müəssisələri var. Amma səhiyyə menecmenti tamam başqadır. Səhiyyə sahəsində menecmentlik digər sahələrdən əsaslı şəkildə fərqlənir. Səhiyyə menecmentinin tibbə aid bilikləri olmalıdır. Xəstələrin bölüşdürülməsi, klinikaların, səhiyyə ocaqlarının iş prinsipi, klinikaların düzgün fəaliyyət göstərməsi üçün səhiyyə menecmenti gərəkən təfsilatı bilməlidir. Ona görə də səhiyyə menecmenti üzrə magistr hazırlığına qərar verilib və bu, doğru qərardır.
Ş.Məmmədov qeyd etdi ki, səhiyyə menecmenti ixtisasına ehtiyac eyni zamanda icbari tibbi sığortanın tətbiqi ilə də bağlıdır:
- İcbari tibbi sığortanın artıq ölkə üzrə tətbiqinə başlanıb. Bu səbəbdən də səhiyyə menecmentlərinin olması tələbata çevrilir. Qardaş Türkiyədə, yaxın qonşumuz Gürcüstanda, Avropa ölkələrində, harada icbari tibbi sığorta varsa, orada səhiyyə menecmentlərinə ehtiyac və tələbat yaranır. İcbari tibbi sığortanın düzgün tətbiqi həm də səhiyyə menecmentlərinin işindən, onların nə dərəcədə ixtisaslı olmasından asılıdır. Hesab edirəm ki, səhiyyə menecmentliyi üzrə magistratura pilləsini bitirənlər icbari tibbi sığortanın tətbiqində çox faydalı olacaqlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm