Səki çıxıntıları yeni innovativ üsuldur
Şəymən Bayramova
08:41 20.08.2020
Cəmiyyət
945
Bu yenilik həm piyadaların, həm də sürücülərin xeyrinədir
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yolların layihələndirilməsi həyata keçirilir və layihələndirmə zamanı yollarda çıxıntılar inşa edilir.
Bu hal şəhər sakinlərində ciddi maraq doğurduğundan müəyyən suallar yaranır.
Küçələrin tikintisi zamanı niyə səki çıxıntıları və ya səkilər yolun hərəkət hissəsinə doğru genişləndirilir?
Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkə hesabında bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, müasir küçə dizaynının elementlərindən olan bu çıxıntılar piyada yönümlü şəhər infrastrukturunun qurulması baxımından zəruri elementlərdəndir. Şəhərimiz üçün yenilik olsa da, dünyanın əksər şəhərlərində bu təcrübədən uğurla istifadə olunur:
"Yolun müəyyən hissəsində zolaq ayrılır və səki qabağa çəkilir. Nəticədə yaranan cibdə avtomobili park etmək olur. Bu isə digər hərəkət zolaqlarına ümumiyyətlə maneə yaratmır. Yəni hərəkət intensivliyi öz yerində qalır.
Bu layihənin əsas üstünlüyü odur ki, burada yaradılan ciblər əsas yol hesabına deyil, kənarlara olan çıxıntılar hesabına olur. Bu da ümumi yolun enini dar etmir. Son 5 ildə şəhər nəqliyyatında tətbiq etdiyimiz bir çox yeniliklər kimi səki çıxıntılarını da əhalinin düzgün qəbul etməsi üçün geniş maarifləndirmə işlərinə ehtiyac var.
Bu çıxıntıların məqsədi piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi, xaotik parklanma vəziyyətinin nizamlanması, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkilindən ibarətdir. Eyni zamanda təhlükəsizlik səviyyəsinin daha da artırılması üçün işıqqaytarıcı vasitələr quraşdırılacaq. Bu, günün axşam saatlarında sürücülərin çıxıntıları daha aydın görə bilməsi üçün olduqca vacibdir".
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da açıqlamasında yollardakı səki çıxıntılarının bütün hərəkət iştirakçılarının tam rahat hərəkətinə şərait yaratdığını deyib:
"Təkcə avtomobillərin yox, həm də piyadalara təhlükəsiz şəraitin yaradılması üçün yeni ideyalar ortaya çıxır.
Qeyd olunanların həlli üçün üsullardan biri təhlükəsizlik aralığıdır ki, bu həm nəqliyyat axınına, həm də piyadalara yolu keçməyə rahat şərait yaradır.
İnnovativ üsullardan biri də səki çıxıntılarıdır.
Bu halda mövcud ən kənar zolaq elə tənzimlənir ki, piyada keçidi və ya yolayrıcı qarşısında səki hərəkət hissəsinə daxil edilir. Nəticədə avtomobillərin park etməsi və ya taksi dayanacaqları üçün yer yaranır. Bu zaman yolun digər hərəkət zolaqlarında intensivlik qalır. Həmçinin yolun həndəsi forması da düzgün olur. Bu halda piyadaların da təhlükəsizliyi təmin olunur".
Səki çıxıntılarının bütün küçələrdə reallaşdırılmasının mümkün olmadığını vurğulayan ekspert deyib ki, yol kənarında parklanması olan küçə və prospektlərdə sözügedən üsul tətbiq edilsə, daha effektiv olar:
"Küçələrin eni, zonaya uyğun ölçülər, hərəkət hissəsindən hansı məsafədə tikintiyə icazə verilməsi və s. məsələlərə vaxtında ciddi riayət olunsaydı, bu cür problemlər ortaya çıxmazdı. Heç olmasa, bundan sonra təmir zamanı bu məqamlar nəzərə alınmalıdır. Ümumilikdə isə hər küçəyə fərdi yanaşılmalıdır. Bu olarsa, maraqlı layihələrin həyata keçirilməsi mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi