Səkidə sürüşüb yıxılanlar da bəlkə bilmir
Məlahət Rzayeva
04:23 26.02.2021
Cəmiyyət
602
"Dünyanın heç bir şəhərində hamam kafelini küçələrə vurmurlar"
"Hər şey görüntü yaratmaq və pul silmək xatirinə edilib, məqsəd və mahiyyətinə görə yox"
Qardan sonra Bakı küçələrində qış idmanının fiqurlu konkisürmə növü üçün “ideal” şərait yaranır. Buz üstə sürüşməyi öyrənmək istəyənlər qardan sonrakı Bakı küçələrinə kiçik turlar təşkil etsələr, yetərlidir. Amma gərək qol-qıçı sındırmağı, başın dağıla biləcəyini də gözə alasan. Nə demişlər, könlü balıq istəyənin... Yəni nəticələrə qatlanmaq gərək. Xüsusən də əgər səkilərə hamam, ayaqyolu metlaxı düzülübsə. Yəqin sanitar qovşaqları üçün ölkəyə kafel-metlax idxalı ilə məşğul olanlar, ya da bu döşəmə daşlarını ölkə daxilində istehsal edənlər onların təyinatını bilərəkdən unudur. Və “hər yerə döşəmək olar” prinsipi ilə davranırlar.
Əslində, belə sürüşkən kafel-metlax daşları heç hamama, ayaqyoluna da yaramır, bu səbəbdən ki, oralarda ayağın sürüşüb, başın vannaya və ya unitaza dəyib paralanması təhlükəsi realdır. Ancaq bu daşlar paytaxt küçələrinin, səkilərin, parkların 90 faizinə döşənib. Görəsən, kimdir, insanların yıxılmağından həzz alan? Xatırlayırsınızsa, Bakı metropoliteninin “28 May” stansiyasının vestibüllərinə, platformaya metronun sabiq rəisi Tağı Əhmədov par-par parıldayan metlax düzdürmüşdü. Sərnişinlər zorla hərəkət edirdilər. Nədir bu, sürüşkən metlax sevgisi?
Sosioloq Elçin Bayramlı bu problemə toxunub. Qarlı havada və sonrakı gün yıxılıb xəsarət alanların sayındakı artım bu sualı ortaya qoyub ki, səkilərə, parklara niyə sürüşkən metlax daşları düzülür? E.Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, burada ciddi yeyinti ehtimalı var:
- Burada məqsəd görülən işi bahalı göstərmək və “pul yemək”dən ibarətdir. Dünyanın heç bir şəhərində hamam kafelini küçələrə vurmurlar. Ümumiyyətlə hər şey görüntü yaratmaq və pul silmək xatirinə edilib, məqsəd və mahiyyətinə görə yox. İnsanları kütləvi öldürmək və şikəst etmək məqsədilə parklara və səkilərə sürüşkən hamam kafelləri döşəyən cinayətkarlar hələ də həbs olunmayıb. Bunların sayəsində hər qar yağanda yüzlərlə insan yıxılıb qol-qıçını qırır, baş-beyni dağılır, bəziləri hətta əlil olurlar. Yağış yağanda da bu daşların üzəri sürüşkən olur. Yayda isə qızmar. Hər bir materialı təbiətə uyğunlaşdırmaq cəhdi sonda təbiətin məhvinə rəvac verir.
Qeyd edək ki, sosial şəbəkələrdə İslandiyada səkilərə qızdırıcı naqillər çəkilməsini əks etdirən foto yayılıb. Şəhər rəhbərliyinin bunu səkilərdəki qarın, buzun əriməsi üçün etdiyi izah olunur.
O şəkli görəndən sonra, təkrar dönüb Bakı küçələrinə baxanda insanın özünə yazığı gəlir. Səkilərin qızdırılmasını hələ bir kənara qoyaq. Paytaxtda nəinki səkilər, parkların ərazisi, hətta yaşıllıq sahələrinə daş düzürlər. Hətta ağacları da daşlarla əhatələyirlər. Yazıq ağacların kökü nəfəs belə ala bilmir. Məqsədi anlamaq o qədər də çətin deyil. Konkret şəxslər daşlanmış həmin sahələri ticarət obyekti, ticarət köşkü üçün kimlərəsə satacaq. Birisi “toçka” yeri qazanacaq, faizini də hansısa məmur alıb yeyəcək. Yoxsa yaşıllıq sahəsi niyə daşla örtülsün ki?!
E.Bayramlı bu cür özbaşınalığın yaşıllıqların məhvinə apardığını dedi:
- Son dövrlər vəziyyət “dəyişib”, indi ağacları daha "mütərəqqi" üsullarla gizlicə məhv edirlər. Ya gecə kəsirlər, ya dibinə kislota töküb qurudurlar və s. Bir az sonra orada bir biznes obyekti peyda olur. Bu sahədə tam özbaşınalıqdır. Bakı getdikcə səhra şəhərinə çevrilir. Yaşıllıq həcmi sovet dövründəkindən 2 dəfə azalıb, halbuki, əhali 2 dəfə artıb. Belə davam etsə Bakı ağır ekoloji faciələrlə üz-üzə qalacaq. Bu biabırçılıqlara son qoyulmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət
İsrail ordusunun hədəflərindən biri Əli Laricani də olub
12:33 17.03.2026
Gündəm
Sabah Azərbaycanda 17 dərəcə isti olacaq
12:25 17.03.2026
Gündəm
Bakıda daha bir dünya çempionatı keçiriləcək
11:58 17.03.2026
İdman