Sən ağlama, Vətən!
Şəymən Bayramova
08:29 14.07.2020
Cəmiyyət
1088
4 şəhidimiz izdihamla dəfn olundu
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız dünən doğulduqları torpaqlarda böyük izdihamla dəfn olunub.
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədovun cənazəsi doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nüməyəndələri iştirak edib.
Şəhid ailəli olub, 6 aylıq oğlu var.
Ağstafadan olan 1987-cı il təvəllüdlü çavuş Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi isə rayonun Yuxarı Göycəli kəndində keçirilib. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak ediblər. Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var.
28 yaşlı şəhid baş leytenant Mahmudov Rəşad Rəşid oğlu üçün keçirilən vida mərasimi isə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində baş tutub. Şəhidin dəfn mərasimi keçirilib, dəfn mərasimində yerli sakinlər və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edib. Xidmət aparan polis əməkdaşları ərazidə vətəndaşlara su və tibbi maska paylayıb.
Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.
Şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib. Vida mərasimindən sonra X.Daşdəmirovun cənazəsi qəbiristanlığa aparılıb. Kənd sakinləri şəhidin cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar. Dəfn mərasimində İsmayıllı rayon İcra Hakimiyyətinin və digər dövlət qurumlarının rəsmiləri iştirak edib.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, yaralılarımız var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm