SENSASİON İDDİA: "Virus rayonlarda nəzarətdən çıxa bilər”
Şəymən Bayramova
12:42 12.06.2020
Cəmiyyət
763
“Rayonlara yollar açılmazdan əvvəl əhalinin karantin vərdişlərinə yiyələnməsi lazımdır”
“Xəstəliyin əsas mənbəyi insan olduğundan rastlaşdığımız hər kəsə təhlükə mənbəyi kimi baxmalıyıq”
14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt və Yevlax şəhərlərində, Abşeron, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini tərk etməsi qadağan edilib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Verilən qərardan sonra daha 4 rayonda karantin-nəzarət postları qurulub.
Həftəsonu yaşayış evlərini iki günlük tərk etməklə bağlı qadağa və daxili uçuşların iyunun 18-dən bərpa edilməsi fonunda insanlara rayonlara getməyə icazə verilməsi aktuallaşıb. Müzakirələrdə paytaxtdan çıxışla bağlı qadağanın götürülməsi təklif olunur ki, bu da insanların açıq havada, təbiətdə, kənddə gəzməklə təmas və yoluxma ehtimalını azaltmaq fikrini gündəmə gətirir. Bununla paytaxtın yükü azalmış və virusun yayılma arealı aşağı düşmüş olar.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında sözügedən qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini deyib. Ölkədə epidemoloji coğrafiya genişlənməsin deyə Abşeron yarımadasının xüsusi karantin rejimində olduğunu vurğulayan professorun sözlərinə görə, rayonlarda koronavirus infeksiyasının daşıyıcıları az olduğundan gediş- gəlişin məhdudlaşdırılması məqbuldur:
"Rayonlara yol açılsa, paytaxt sakinləri kütləvi şəkildə bölgələrə axın edəcək. Bu gün payxtaxtda risk faktoru böyük olmasına baxmayaraq insanların 95 faizi maskasız gəzir, sosial məsafəni gözləmir.
Əksəriyyətin karantin qaydalarını pozması isə yoluxma potensialını artırır.
Yaxın günlərdə bunun şahidi olacaqsınız.
Bu qədər potensial virus daşıyıcısının rayonlara getməsi və infeksiyanı yayması respublika üzrə ciddi problemə səbəb ola bilər.
Ona görə də rayonlara yollar açılmazdan əvvəl əhalinin karantin vərdişlərinə yiyələnməsi lazımdır. Rayonlarda fəaliyyət göstərən istirahət mərkəzləri, restoranlarla bağlı xüsusi təlimatlar olmalıdır. İnsanların əvvəlki kimi sərbəst gəzməyinə, bir araya toplaşıb əyləncələr keçirməyinə imkan verilməməlidir.
Əks halda virus rayonlarda nəzarətdən çıxa bilər. Xəstəliyin əsas mənbəyi insan olduğundan rastlaşdığımız hər kəsə təhlükə mənbəyi kimi baxmalıyıq.
Əhalinin davranışı və karantin qaydalarına başdansovdu münasibəti fonunda Bakı əhalisinin 70 faizi artıq koronavirusa yoluxmuş ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə