Hətta aidiyyəti dövlət strukturları sərt “tənid atəşinə tutulur”. Buna rəğmən prblemin həllinə dair konseptual addımlar atılmır, problemə əncam çəkilmir. Nəticədə sərnişinlər əllərində kartrları və pulları ola-ola avtobusa daxil olub, kimdənsə onları keçirmələrini xahiş edir.
Sərnişinlərin terminal problemi: həm sayı azdır, həm də... - Əncam çəkilmir !
13:12 15.10.2020
Cəmiyyət
590
“Kart balansının onlayn artırılması üçün mexanizm işlənib hazırlanmalıdır”
“Necə ki, mobil telefonumuzun balansını onlayn artıra bilirik, eyni şəkildə buna bənzər proqram təminatı yaradılmalıdır”
“...Və bu da böyük əmək tələb etmir”
Bakıda elə qəsəbə və küçələr var ki, həmin ərazidə "BakıKart"la işləyən avtobuslar fəaliyyət göstərsə də, ödəmə terminalları quraşdırılmayıb. Və yaxud dayanacaqların əksəriyyətində yalnız bir terminal olduğu üçün növbə yaranır, bu da böyük sıxlığa səbəb olur. Hətta bəzi hallarda ödəmə aparatları ya işləmir, ya da ödənişi (pulu) “yeyib”, vəsaiti karta köçürmür. Şübhəsiz ki, bu hal insanların haqlı narazılığına səbəb olur. Və mövcud vəziyyətlə bağlı yazılan tənqidi məqalələr dövri olaraq media quruluşlarının manşetini “bəzəyir”.
Hətta aidiyyəti dövlət strukturları sərt “tənid atəşinə tutulur”. Buna rəğmən prblemin həllinə dair konseptual addımlar atılmır, problemə əncam çəkilmir. Nəticədə sərnişinlər əllərində kartrları və pulları ola-ola avtobusa daxil olub, kimdənsə onları keçirmələrini xahiş edir.
Hətta bəzən bu problem səbəbindən sərnişinlərlə sürücülər arasında mübahisələr yaranır.
Maraqlıdır, görəsən aidiyyəti dövlət orqanları hara baxır, bu sahədəki nöqsanlar niyə aradan qaldırılmır?
Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, problemlərin həlli üçün müəyyən təkliflər səsləndirilib:
"Əslində, məsələnin tənzimlənməsi üçün elə də böyük bir əmək sərf etməyə ehtiyac yoxdur. Kart balansının onlayn artırılması üçün mexanizm işlənib hazırlanmalı, proqram təminatı tətbiq olunmalıdır.
Karantin rejimi insanlara bir çox əməliyyatları onlayn şəkildə həyata keçirməyi öyrədib. Necə ki, mobil telefonumuzun balansını onlayn artıra bilirik, eyni şəkildə buna bənzər proqram təminatı yaradılmalıdır və bu da böyük əmək tələb etmir.
Və yaxud bonuslar vasitəsilə ödəmə həyata keçirilə bilər.
Artıq əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı bir sıra proqramlar var, ora yığılmış vəsaitin hesabına balansın artırılması və s. yollarla "BakıKart"ın balansının artırılması mümkün ola bilər.
Bunun gecikdirilmə səbəbini əlaqədar orqanlar daha yaxşı bilər. Bundan başqa, digər alternativ yol kimi terminalların sayı artırıla bilər. Ancaq bu da böyük vəsait tələb edir.
Bu mənada hesab edirəm ki, onlayn ödəmələrin həyata keçirilməsi üçün proqram təminatının yaradılması daha məqsədə uyğundur".
Aysel İbrahimova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Slovakiya hərbi əməkdaşlığı müzakirə olunub
19:31 11.05.2026
Gündəm
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya