Seroloji testin mahiyyəti: “İmmunitet səviyyəsi öyrəniləcək və...”
Şəymən Bayramova
15:27 19.08.2020
Cəmiyyət
967
“...Bu da pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək"
“ “COVİD-19” diaqnozunun qoyulması üçün bir sıra testlərdən istifadə edilir. Bunlardan daha dəqiqi PZR və seroloji testlərdir. PZR testi zamanı burun - udlaqdan alınan yaxma materialına baxılır. Seroloji test isə qanda igG (immunoglobulin G) və igM (immunoglobulin M) aşkarlanması üzərində qurulub".
Bu sözləri "Sherg.az"a həkim Könül Bədəlbəyli deyib. Həkimin sözlərinə görə, aparılan PZR testlər hazırkı xəstəliyi göstərdiyi halda qanda immunuglobinin təyini artıq keçirilmiş olan infeksiyanı göstərir:
"Əgər şübhəli xəstəlik əlamətləri varsa, PZR (burundan yaxma sürüntü) üsulu ilə yoxlanılma düzgündür. Heç bir simptom yoxdursa və sadəcə, xəstəliyə indiyə qədər yoluxub-yoluxmamanı bilmək istəyiriksə, o zaman qanda İgG testi olunması daha doğrudur.
Bu testin keçirilməsi üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir.
Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılır. Mütəxəssislər analizlərin nəticələrini təhlil edir, yekun nəticələr barədə ictimaiyyətə məlumat verilir.
Analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Ümumilikdə isə bu testlər eyni zamanda əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək".
Qeyd edək ki, insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır. Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi