“Seroloji testlər yeni strategiyalara yol açacaq”
Fidan Həmişəyeva
11:53 21.08.2020
Cəmiyyət
569
Ölkəmizdə “COVID-19” pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanıb. Seroloji testlərin aparılması pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır. Testlərin təşkilində əsas məqsəd xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək.
İndiyədək digər ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib.
Tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova “Sherg.az”a açıqlamasında seroloji testlərin könüllülük prinsipi əsasında və təsadüfi seçilmiş əhali qrupu arasında aparılacağını deyib. Onun sözlərinə görə, testlərin keçirilməsində əsas məqsəd koronavirusa qarşı immunitetin formalaşıb-formalaşmadığını müəyyənləşdirməkdir:
“Testlər üçün 3-5 millilitr qan nümunəsi toplanılacaq. Xəstəliyi təsadüfi keçirmiş əhali qrupu arasında da bu testlər icra olunacaq. Seroloji testlər bir sıra xarici ölkələrdə də keçirilib və nəticələr əldə edilib. Analizlərin nəticəsi sanitar-epidemioloji nəzarətin qaydalarının tənzimlənməsinə, koronavirus tədbirləri çərçivəsində yeni strategiyalara yol açacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm