Həmçinin bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək və əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək.
“Seroloji testlərin aparılması zəruridir”
Şəymən Bayramova
09:47 20.08.2020
Cəmiyyət
818
“Vətəndaşlar həm də özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanırlar”
“Buna görə də müraciət olunan hər bir şəxs özü bu tədqiqatda iştirak etməkdə maraqlı olmalıdır”
Artıq ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinə başlanılıb. Testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.
Həmçinin bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək və əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək.
Millət vəkili Sədaqət Vəliyevanın "Sherg.az"a açıqlamasına görə, seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib hissəsidir:
“Təsadüfi deyil ki, əhalinin sağlamlığına birbaşa xidmət edən bu fəaliyyət ilk gündən əhali arasında razılıqla qarşılanır. Və onlar könüllü olaraq həmin testlərin aparılmasında iştirak edirlər. Ümumiyyətlə, Azərbaycanda testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Bu məqsədlə təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng edilir, testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş qanalma tibb bacısı göndərilir. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Alınmış qan nümunələri qısa müddətdə laboratoriyaya çatdırılır. Mütəxəssislər analizlərin nəticələrini təhlil edir, yekun nəticələr barədə ictimaiyyətə məlumat verilir. Aparılan testlər ödənişsizdir və analiz verən hər bir könüllü öz nəticəsini əldə edə biləcək. Bundan əlavə, vətəndaşın arzusu ilə qanın ümumi analizi də həyata keçirilə bilər.İlkin mərhələdə tədqiqatlar Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın EUROIMMUN şirkətinin istehsalı olan reaktivlərlə həyata keçirilir”.
S. Vəliyeva vurğulayıb ki, müxtəlif ölkələrdə, əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb:
“Məsələn, Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib. Bu cür testlər insan viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülallar – anticisimlər yaranır ki, onların müəyyənləşdirilməsinə köməklik edir.Viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur. Digər tərəfdən, formalaşmış immunitetin bədəndə qalması daimi deyil, müvəqqəti ola bilər. Ona görə də, seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. Vətəndaşlar həm də hazırda öz durumları barədə məlumat əldə etmək, özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanırlar. Buna görə də müraciət olunan hər bir şəxs özü bu tədqiqatda iştirak etməkdə maraqlı olmalıdır”.
Deputat tövsiyə edir ki, vətəndaşlar sosial şəbəkələr vasitəsilə yayılan şayiələrə inanmasınlar və özlərinin, yaxınlarının, ümumən cəmiyyətimizin sağlamlığının qorunması üçün insanlarımız seroloji testlərdə həvəslə, könüllü iştirak etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi