“Sərt karantin tədbirləri sayəsində yoluxma zəncirini qıra bilərik”
Turan
12:18 10.07.2020
Cəmiyyət
618
"Əhalisi bizim qədər olan inkişaf etmiş ölkələrdə infeksiyasının yoluxma dinamikasına nəzər yetirsək görürük ki, yoluxmaların sayı 60-70 mini ötüb. Ölənlərin sayı on minlərə çatıb”.
Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat vurğulayıb ki, pandemiyaya qarşı mübarizədə dövlətin tədbirləri ilə yanaşı vətəndaşların da yaxından iştirakı vacib məsələdir:
“Vətəndaşın iştirakı öz sağlamlığını qoruması, tibbi maska taxması, sosial məsafə saxlaması başa düşülür. Tələblər çox böyük və imkansız olmasa da, bəzi adamlar bunlara riayət etmirlər. Nəticədə yoluxanların sayında ciddi artım müşahidə olunur.
Dövlətimiz ciddi tədbirlər görür, qanunları sərtləşdirir. Media maarifləndirmə işini həyata keçirir. Polislər, həkimlər həyatlarını təhlükəyə ataraq, ailələrindən uzaqda gecə-gündüz xidmət göstərirlər, fədakarlıq edirlər.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edir, aldıqları tövsiyələri rəhbər tutaraq gündəlik tədbirlər görür. Biz isə cəmiyyət olaraq sərt karantin tədbirləri sayəsində infeksiyanın yoluxma zəncirini qıra bilərik. Koronavirus infeksiyasına qarşı mübarizə ölkəmizdə bir nömrəli məsələdir. Dövlət bütün resurslarını bu məsələyə səfərbər edib”.
A.Badamov vurğulayıb ki, əgər səhiyyəmiz vaxtında yenidən qurulmasaydı, qlobal pandemiya həyatımıza girəndə səhiyyəmiz buna dözməzdi:
“Qısa zamanda 45 xəstəxana koronavirus xəstələrinin müalicəsinə cəlb olundu. Bunların 36-sı Prezident İlham Əliyevin sərəncamları ilə son dövrlərdə tikilib istifadəyə verilib. Ölkə başçısının uzaqgörən siyasəti həm ölkəmizin iqtisadi inkişafında, həm də insanların sağlamlığının qorunmasında özünü göstərir. Məsələn, cənab prezident 10 yeni modul xəstəxanasının tikintisinə tapşırıq verəndə hamı fikirləşirdi ki, bu xəstəxanalar niyə tikilir və ya buna ehtiyac yoxdur. Çünki o vaxtı Azərbaycanda virusa yoluxanların sayı çox cüzi idi. İnsanlar ciddi qəbul etmirdi. Amma son bir ayın dinamikası göstərdi ki, modul xəstəxanaların tikintisi ilə bağlı verilmiş tapşırıq günün vacib məsələsi imiş. Qısa zamanda bütün regionlar əhatə olunmaqla 20 yeni modul xəstəxanasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da səhiyyəmizə koronavirus infeksiyasının yoluxma dinamikasını nəzarətdə saxlamığımıza imkan verəcək. Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə uğurla aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
E5 ölkələri Ukraynanı NATO-ya yaxınlaşdırmaq istəyirlər
23:47 24.06.2026
Dünya
Tramp: İran ABŞ ilə danışıqlarda çox böyük güzəştlərə gedir
23:25 24.06.2026
Dünya
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya