“Signify” Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır”
Fidan Həmişəyeva
10:16 25.05.2020
Cəmiyyət
776
“Nəzərdən qaçırmayaq ki, dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan biri müasir texnologiyaları tətbiq etməsidir”
“Signify” şirkəti rəhbərlərinin təşəbbüsü ilə Prezident İlham Əliyevin keçirdiyi videokonfrans formasında görüş bir daha göstərdi ki, iri şirkətlər, o cümlədən 74 ölkədə fəaliyyət göstərən, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirən bu şirkət ölkəmizlə əməkdaşlıq etməkdə maraqlıdır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Deputat qeyd edib ki, “Davos” dünya iqtisadi forumunda başlanan əməkdaşlıq məsələlərinin böhranlı şəraitdə müzakirə edilməsi Azərbaycan dövlətinin əməkdaşlığı davam etdirməkdə qərarlı olduğunu təsdiq edir:
“Cənab Prezidentin nitqindən aydın olur ki, ölkəmizin iri yaşayış məntəqələrinin işıqlandırılması üçün böyük layihələr nəzərdə tutulur və müasir texnologiyaları tətbiq etmək üçün iradə ortaya qoyulub Bu iş ardıcıl olaraq davam etdirilir. Nəzərdən qaçırmayaq ki, dövlətin qüdrətini müəyyənləşdirən meyarlardan biri müasir texnologiyaları tətbiq etməsidir.
Dövlət başçısı bir daha söylədi ki, ölkəmizdə insanları qorumaq üçün bütün tədbirlər görülür. Lakin bu işdə müasir və ən mürəkkəb texnoloji tələblərə cavab verən önləyici vasitələrə ehtiyac var. Deməli, bundan sonra da dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sağlamlığının qorunması dayanacaq. İndidən aydın görünür ki, böhrandan az itki ilə çıxan ölkələrdən biri Azərbaycan olacaq.
Ölkəmizdə koronavirus əleyhinə mübarizə sahəsində həyata keçirilən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilib və yüksək qiymətləndirilib. Bu təcrübədən digər dövlətlər də yararlana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə