
Silah formasında qələmlər: Bu məktəbliləri aqressivləşdirir və müharibəyə sövq edir -RƏY
11:13 07.10.2024
Cəmiyyət
609
Bakıda şagirdlərin şüuraltına təsir edəcək məktəb ləvazimatları satılır.
Oxu.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, məktəb ləvazimatları satılan mağazaların birində şagirdlərin psixologiyasına təsir edəcək silah formasında qələmlər satışdadır.
Nisbətən münasib qiymətə təklif olunan ləvazimatlar bir çox azyaşlı və yeniyetmələrin diqqətini çəkir.
Psixoloq Gülnar Orucova "Sherg.az"a deyib ki, marketlərdə satılan bu formada məktəb ləvazimatları diqqətimi uzun zamandır çəkir:

"Satıcılardan isə səbəbini soruşduqda deyirlər ki, uşaqları vətənpərvərlik ruhunda böyüdürük. Ancaq bu yanlış düşüncədir. Çünki uşaq beyini fərqlidir. Hansısa azyaşlı həmin qələmi formasına görə, satın alır. Yəni, qələmi silah kimi təsəvvür edir. Hətta, bəzi uşaqlar hansısa problemi olmasa belə, əllərindəki əşyanı silah kimi istifadə edirlər. Ancaq indiki dövrdə artıq silah formasında açar brloklar, qələmlər və əcayıb şəkilli xətkeşlər satılır. Əslində uşaqların təxəyyülü 5-6 yaşına qədər çox yüksək səviyyədə olur. Ona görə də azyaşlılar bir əşyanı olduğu cür təsvir edirlər. Belə vəsaitlər onları aqressivləşdirir və müharibəyə sövq edir. Müharibə şəraitini tam dərk edə bilmədikləri üçün həmin aqressiyanı sinif yoldaşlarına ötürürlər. Fikrimcə, bu formada məktəb ləvəzimatlarını istehsal edən şirkətlər ciddi şəkildə cərimələmək lazımdır. Əvvəllər məktəb ləvazimatlarının üzərində, şair və yazıçılarımızın, vurma cədvəllərinin fotoları həkk olunurdu. İndi isə silah. Bu da uşaqların psixologiyasına pis təsir edərək əsəb, stress yaradır. Həmin məktəb ləvazimatlarının satışı mütləq qadağan olunmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm