Smart sayğaclar yenidən mexaniki sayğaclarla əvəz edilir
Turan
12:49 24.01.2021
Cəmiyyət
729
"Bir neçə ildir milyonlarla manat xərc çəkilərək quraşdırılan smart sayğaclar yenidən mexaniki sayğaclarla əvəzlənir".
Bu sözləri "Sherg.az"a açıqlamasında "Azəriqaz"la məhkəmə çəkişməsi olan politoloq Vasif Əfəndiyev deyib.
Siyasi şərhçi bildirib ki, ilk dövrdə mexaniki sayğaclar smartlarla dəyişdirilən zaman abonentlər bunu narazılıqla qarşılamışdı:
"O vaxt "Azərqaz" bunu müasir texnologiya və qaz itkisinin qarşısının alınması kimi izah etmişdi. Deyilənlərdə həqiqət payı var idi. Yəni qaz satışı ilə məşğul olan kriminal qruplar istifadəçilərlə əlbir olaraq mexaniki sayğaca əməl etməklə dövlətdən külli miqdarda qaz oğurluğu edirdi. Smart sayğaclar isə cinayət əməllərinin qarısını qismən aldı. Lakin fırıldaq bundan sonra da davam etdi. Bu dəfə sayğacları dəyişdirilən abonenetlərə küllü miqdarda borc yazmağa başladılar. Bəhanələr isə sayğacın guya abonenet tərəfindən bilərək xarab edilməsi və bir sıra ağlasığmaz iddialar oldu. Məhkəmələrə müraciət edən qaz istifadəçilərinin demək olar ki, hamısı cərimələrdən azad olunsa da, hüquqlarını bilməyən və ya məhkəmələrdə sürünmək istəməyən vətəndaşlar cinayətin qurbanı oldular".
V.Əfəndiyev bəyan edib ki, bu hadisə şəxsən onun da başına gəlib:
"Birinci məhkəmədə prosesi udsam da "Azərqaz" əl çəkməyərək qəraradan apelyasiya şikayəti verdi. Bu məhkəmə instansiyasını qazansam da, aylarla zaman keçdi və müəyyən miqdarda vəsait xərcləməli oldum. İndi isə geriyə dönüş edilir. Hazırda dediyim kimi smart sayğaclar mexaniki sayğaclarla əvəz edilir. Əhali isə qaz satışından narazılıq edərək bildirir ki, qiymətlər sünü şəkildə qaldırılır. Bu iki sayğac əməliyyatı zamanı dövlətə külli miqdarda ziyan dəyəcəyi göz qabağındadır. Dövlət və vətəndaşların pulunun mənimsənilməsi barədə ciddi şübhələr var. Hesab edirəm ki, "Azəriqaz"da baş verənlər ciddi araşdırılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya