Sonuncu dəfə Şuşada döyüşüb, şəhid olub - Fotolar
Yusif Sultanoğlu
14:32 27.01.2021
Cəmiyyət
1064
Anası oğlunun şücaətindən danışdıqca danışmaq istəyirdi
"Bir dəfə söhbət edirdik, qayıtdı ki, birdən şəhid olsam, ağlama, gözünün yaşını axıtma"
Vətən müharibəsinin tarixi zəfərimizlə sona çatmasından 3 ay ötür. Vaxt tezmi keçdi - deyə sual versələr, yox deyərəm. Məncə, hər birimizin cavabı belə olar. Çünki sevincimizlə yanaşı kədərimiz də var. Gözümüzün biri gülüb, o biri ağlayır. Beləcə də aylar dolanır, günlər keçir.
Bir də onlardan soruşsaq ki, zaman necə axıb, necə yaşamısız 3 ayı? Şəhid ailərindən bəhs edirəm, şəhadətə ucalan oğullarımızın yaxınlarından, əzizlərindən danışıram.
Bu sualı vermək də, gözlərinə baxmaq da ağırdır. Səslərindəki kədərin dərinliyindən, gözlərindəki məğrurluğun ucalığındandırmı bilmirəm, amma boynumuz bükülür yanlarında, nəfəsimiz kəsilir sanki. Bunlar Sevda anayla danışarkən hiss etdiklərimdir. Əvvəlcə onu sizə təqdim edim: Sevda Əliyeva Vətən müharibəsində son günə qədər vuruşub, Şuşada şəhadətə ucalan Maarifin anasıdır.
Maarif Əliyev 1994-cü ilin sentyabrın 9-da Neftçala rayonunda dünyaya göz açıb. 2001-ci ildə orta məktəbə başlayan igidimiz 2011-də məzun olur. İki il sonra hərbi xidmətə yola düşür. Əsgərliyin ardından müddətdən artıq hərbi qulluqçu kimi orduda qalır. Maarif Xüsusi Təyinatlı qüvvələrdəndir. O, kəşfiyyatçı-istehkamçı vəzifəsində çalışıb.
İndi isə Maarifi Sevda ananın xatirələrindən tanıyaq.
- Hərbçi olmağa necə qərar verib?
- Əsgərlik müddətinin bitməsinə az qalmışdı. Bir komandiri vardı, ona çox hörmət edirdi. Gəldi, dedi ki, ana, komandirim hərbçi olmağımı, orduda xidmət etməyimi istəyir. Onun sözünü yerə salımadı. 8 il hərbçi kimi çalışdı.
- Bəs oğlunuzun bu arzusunu necə qarşıladınız? Belə çətin yol seçməsi hər halda sizi də tədirgin edib...
- Əlbəttə, narahat oldum. Amma istəyinə qarşı çıxa bilməzdim. Ona görə razılaşdım. Özü də Maarif işini çox sevirdi. Hər gün təlimə gedərdi, bir dəfə bezdim, yoruldum deməzdi.
- Həm də 10 ilə yaxındır hərbçi imiş. Yaşına görə xeyli təcrübəsi varmış...
- Bəli. O, “Aprel” döyüşlərində də savaşıb.
- İkinci Vətən müharibəsindəki döyüş yolu hardan başlayıb?
- O zaman İsmayıllıda təlimdə idi, ordan birbaşa savaşa apardılar. Özünüz də bilirsiniz, ən öndə gedənlər xüsusi təyinatlılar olub. Onlar əvvəlcə Kəlbəcərdə, sonra Murovda, Füzulidə, Cəbrayılda, Hadrut qəsəbəsinin alınması, Xocavəndin Tuğ kəndinin azad edilməsi uğrunda vuruşublar. Sonuncu dəfə Şuşada döyüşüb. Noyabrın 7-də şəhadətə ucalıb.
- Son ana qədər savaşıb...
- Bəli...
- Şəhadətindən sonra silahdaşlarından oğlunuzun şücaəti haqqında nələr eşitdiniz?
- Döyüş yoldaşları gəlmişdi. Birinin adı Dərgahdır. Dedi, ana, Maarif məni elə çətin vəziyyətdən çıxartdı ki : “Mərmilər başımıza yağırdı. Fikirləşdim ki, Maarif şəhidlik zirvəsinə ucalacaq. Lakin orda heç nə olmadı”. Şuşaya sağ-salamat gedib çatıb. Amma Şuşada döyüşərkən yanına minamyot düşüb, qəlpə yarası alıb, şəhid olub.
- Müharibə müddətində danışa bilirdinizmi?
- Savaşa yollandıqdan 5 gün sonra zəng vurdu. Maarifdən əlavə iki oğlum da könüllü qeydiyyatdan keçmişdilər. Həmin gün digər oğlumu müharibəyə yola salırdıq. Maarif də onları soruşdu ki, çağırış gəlibmi? Narahat olmasın deyə yalandan dedim, yox. O vaxtdan sonra 15 gün Maarifdən xəbər gəlmədi. Axırıncı dəfə oktyabrın 28-i soraqlaşdıq. Ardınca onları Şuşaya apardılar, telefonlarını da aldılar. Deyiblər, həm Şuşada set tutmur, həm də telefon qadağandır. Davamı da məlumdur, şəhadətə yüksəldiyini eşitdik (qəhərlənir).
- Heç şəhidlikdən söz açırdımı?
- Bir dəfə söhbət edirdik, qayıtdı ki, birdən şəhid olsam, ağlama, gözünün yaşını axıtma. Dedim, ana qurban, axı şəhid olmağını istəmirəm. Elə bil ürəyinə dammışdı, hiss edirdi ki, bu yüksək məqama ucalacaq.
- Maarif bir övlad kimi hansı xüsusiyyətlərə malik olub?
- Onda mənfi cəhət yox idi. Dilindən məni incidəcək bir söz eşitməmişdim. Qardaşlarına hər zaman qayğıkeş davranırdı. Ailəsinə, mənə bağlı idi... Mehriban, ürəyi təmiz, rəhmli insan idi Maarif. O, daim ehtiyacı olanlara, yoxsullara əl uzadardı. Oğlum haqqında o qədər danışaram ki...
- Bəs bir arzusu varmı ki, reallaşdıra bilməyib?
- Maarif ata olmağı çox istəyirdi. Lakin qismət olmadı (kövrəlir).
Qeyd edək ki, Maarif Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya