SOS: Koronavirus və saxta spirtdən ölənlərin sayı eynidir
Banuçiçək Kalbalıyeva
11:40 04.04.2020
Cəmiyyət
889
Bakının bir sıra apteklərində tibbi - etil adı altında satılan metil spirtindən zəhərlənmə nəticəsində daha iki nəfər ölüb. Bu günə qədər zəhərlənən 12 nəfərdən 7-si həyatını dəyişib. Bu barədə Azərbaycanın baş toksikoloqu Azər Maqsudov məlumat verib.
Deməli, paytaxtda insanların həyatına son verən koronavirusa “rəqib” çıxdı- saxta spirt. İndi insanlar daha diqqətli olmalı, həm sağlamlıqlarının qayğısına qalmalı, həm də özlərini saxta spirt alverçilərindən qorumalıdırlar.
Saxta spirt “terror”u ilə bağlı “Sherg.az”a fikirlərini bildirən həkim-allerqoloq Şahvələd Məmmədov spirti içməyin qadağan olduğunu deyib:
“Kim deyir ki, spirt içmək üçündür? Nə etil, nə də metil spirtini daxilə qəbul etmək olmaz. Amma, əlbəttə, metil spirtinin tərkibi düzgün olmadığına görə, o, həyat üçün daha təhlükəlidir. Bəzən insanlar spirti su ilə qarışdırırlar ki, faizi azalsın. Spirtlə suyun qarışığının orqanizmə daha böyük zərbə vurduğunu bilmək lazımdır. İranda 100-dən artıq insan saxta spirtdən zəhərlənib. Bu, ciddi göstəricidir. Həyəcan siqnalı çalmaq lazımdır”.
Ş. Məmmədovun sözlərinə görə, günah aptek işçilərində deyil: “Aptekçi nə etsin ki? Ona da dərmanlar hansısa şirkətdən və ya depodan gəlir. Ümumiyyətlə, dərmanların, tibbi vasitələrin keyfiyyətilə Səhiyyə Nazirliyinin Dərman bölməsinin Analizator şöbəsi məşğul olur. Bu, çox böyük məsuliyyət tələb edir. Məsələ dəqiq müəyyənləşməli və ciddi tədbirlər görülməlidir”.
Elə vətəndaşlar da var ki, dezinfeksiya məqsədilə spirtli içkidən istifadə edirlər. Onlar bununla virusdan uzaq qalacaqlarını düşünürlər. Həkimin fikri isə fərqlidir:
“Spirtli içki insanın sinirlərini boşalda, psixoloji cəhətdən müsbət təsir edə bilər. Ancaq “spirtli içki infeksiyadan qoruyur” fikri kökündən səhvdir. Əksinə, nəticədə immunitet zəifləyir. Məsləhət görərdim ki, isti yeməklərə və isti çaya üstünlük verilsin. Bir də hər gün soda ilə isti suyu qarışdırıb içmək lazımdır. Çünki soda immun sisteminin pozulmasının qarşısını alır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya