SOS: “Koronaviruslu xəstələrin evdə müalicə olunması ölüm sayını artıra bilər"
Şəymən Bayramova
10:51 09.06.2020
Cəmiyyət
1027
“Yoluxma sayı artmağa davam etsə, Operativ Qərargah qaydaları sərtləşdirmək məcburiyyətində qalacaq”
“Əks təqdirdə, say daha da artacaq və xəstəxanalarda yer qalmayacaq”
Pandemiyaya qarşı mübarizə çərçivəsində sosial distansiyanın gözlənilməsi, maskalardan düzgün istifadə və şəxsi gigiyenik qaydalara əməl olunması ölkəmizdə prioritet mövzuya çevrilib.
Düzdür, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan lap əvvəldən önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb, dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib. Lakin xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb.
Həkimlər və səlahiyyətli şəxslər isə hesab edir ki, bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Yəni hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.
TƏBİB-in İşçi Qrupunun rəhbəri, həkim- infeksionist Vasif Əliyevin sözlərinə görə, yoluxmanın digər səbəbi də artıq virus daşıyıcı olan insanların xəstəliyi gizlətməsi ilə bağlıdır. Özündə infeksiya əlamətlərini hiss edən vətəndaşlar bunu həkimlərdən və yaxınlarından gizlətdikləri üçün yoluxma sayı kəskin artdı.
Artıq koronavirus xəstələri üçün ayrılan tibb müəssisələrində boş yerlərin qalmadığını vurğulayan V.Əliyev deyib ki, COVİD 19-un yoluxma sürətini və insanların mütəxəssislərin çağırışlarına lazımi cavab verməməsi fonunda bu günə qədər həyata keçirilən mübarizə tədbirləri bu virusun yayılmasının qarşısını almağa imkan vermədi. Xəstəliyin artması bilavasitə insanların real təhlükəyə inamsızlığı ilə bağlıdır.
Karantinin sərtləşdirilməsində TƏBİB-in, nə də Operativ Qərargahın maraqlı olduğunu vurğulayan infeksionist hesab edir ki, bu tədbirlərə əl atmamaq üçün tərəfimizdən mütəmadi olaraq vətəndaşlara vəziyyətin ciddiliyinə dair tövsiyyə xarakterli xəbərdarlıqlar edilir:
"Lakin vətəndaşlar nəinki bu tövsiyyələrə heç qaydalara əməl edilməyəcəyi təqdirdə karantinin sərtləşdiriləcəyi ilə bağlı xəbərdarlıqlara belə əhəmiyyət vermir. Çox təəssüflər olsun ki, insanlarımız pandemiyanın real olduğuna ancaq özləri və yaxınları koronavirusa yoluxduğu zaman inanırlar. Bu zaman da artıq çox gec olur".
Həftəsonu izolyasiyasına diqqət çəkən həkim deyib ki, böyük şəhərlərdə hərəkətin tam məhdudlaşdırılması özünün müsbət nəticəsini mütləq göstərəcəkdir:
"Təbii ki, burada əhalinin karantin tədbirlərinə nə dərəcədə riayət etməsi də mühüm faktordur: "Biz karantin qaydalarının yumşalması ilə bağlı qərarları müzakirə edərkən insanların tələb olunan qaydalara əməl edəcəklərinə inanırdıq.
Lakin gözləntilərimiz özünü doğrultmadı. İnsanlarımız sanki pandemiya təhlükəsi bitibmiş kimi sosial izolyasiya qaydalarına riayət etməyi dayandırdı. Görünür, yumşalma prosesini çox ləng aparmalı, sərt qaydaların əksəriyyətini qüvvədə saxlamaq lazım imiş.
Əgər yoluxma sayı bu həddə artmağa davam etsə Operativ Qərargah karantin qaydalarını sərtləşdirmək məcburiyyətində qala bilər. Əks təqdirdə, say daha da artacaq və xəstəxanalarda yer qalmayacaq. Koronaviruslu xəstələrin evdə müalicə olunmaq məcburiyyətində qalması isə COVID-19-dan ölümlərin artmasına gətirib çıxara bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə