SOS ! - “Plastik torbalar qadağan edilməlidir” – Təbiətə və insana ziyandır
Fidan Həmişəyeva
10:39 04.08.2020
Cəmiyyət
761
“Onlar süni şəkildə əmələ gələn məhsullardır”
“Ekoloji və insan sağlamlığı baxımdan bu torbaların qadağası zəruridir”
Çili hökumətinin qərarına əsasən, ölkədə plastik torbalardan istifadə tamamilə qadağan olunub. Hökumət müvafiq qərarın qəbul edilməsi üçün iki il əvvəldən müvafiq islahatlar aparıb.
Hazırda ölkədə fəaliyyət göstərən mini marketlərdə plastik torbalardan istifadə yasaqlanıb. Son iki il ərzində Çilidə beş milyondan çox plastik torba satışının qarşısı alınıb.
Qeyd edək ki, ölkəmizdə də plastik torbalardan imtina xeyli müddətdir, müzakirə olunur. Buna dair müxtəlif təkliflər verilsə də, hələki qadağa reallaşmır. Proses ertələnmə səbəbləri ilə bağlı isə heç bir izah verilmir.
Biz də “Sherg,az” olaraq bu səbəbləri aydınlaşdılrmaq məqsədilə qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyevlə əlaqə saxladıq.
Plastik torbalardan istifadənin qadağan edilməsinin çox yaxşı hal olduğunu deyən eskpert bildirdi ki, polietilen torbalar sintetik materiallardan hazırlanır. Ona görə də belə məhsullar sağlamlıq üçün təhlükəli ola bilər:
“Ərzaq məhsulları plastik torbalarla nə qədər çox təmasda olursa, o qədər də mənfi təsirləri qaçılmazdır. Ərzaqlar torbalarda uzun müddət qaldıqca insan orqanizminə daha çox mənfi təsir göstərir”.
Ekspert vurğulayıb ki, plastik torbalar süni şəkildə əmələ gələn məhsullardır:
“Birmənalı olaraq bu torbalar qadağan edilməlidir. Hətta tibb elmi də belə torbaların zərərli olduğunu isbat edib. Sağlam gələcək istəyiriksə, qərarlara birmənalı olaraq əməl etməliyik. Ölkəmizdə belə torbaların qadağan edilməsinə dair qərar nə qədər tez qəbul olunsa, o qədər yaxşıdır”.
Plastik torbaların müxtəlif kütlələrdən hazırlandığını deyən E.Fərzəliyev bildirib ki, bu torbalar çürümədən qala bilir:
“Plastik torbaların təbiət də yetərincə çirkləndirir. Ona görə də həm ekoloji, həm də insanların sağlamlığı baxımdan bu torbaların birmənalı olaraq qadağası zəruridir. Çalışmalıyıq ki, hamılıqla buna əməl edək. Əvəzedici kağız torbalardan istifadə oluna bilər. Amma bu da bir tərəfdən təbiətə zərbə deməkdir. Çünki kağızların hazırlanmasında ağaclardan istifadə edilir. Ona görə də plastik torbaları əvəz edən başqa alternativ materiallar tapmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm