SOS ! - “Tik-Tok” yeniyetmələr üçün ciddi problem yarada bilər”
Fidan Həmişəyeva
13:37 15.05.2020
Cəmiyyət
805
Osman Gündüz: “Aidiyyəti quurmlar uşaqların internetdə təhlükəsizliyini qorumaq üçün ciddi addımlar atmalıdırlar”
“Monitorinqlər keçirməli, aidiyyəti qurumlara zərərli informasiyaların götürülməməsi ilə bağlı xəbərdarlıqlar etməlidirlər”
“Tik-Tok” sosial şəbəkəsi azyaşlıların videolarına görə cərimələnə bilər. ABŞ-ın bir sıra təşkilatları Federal Ticarət Komissiyasına “Tik-Tok”-dan şikayət edib. Səbəb xüsusən gənclər arasında populyarlıq qazanan sosial şəbəkənin 13 yaşdan kiçik uşaqların görüntülərini silməkdən imtina etməsidir.
2019-cu ildə “Tik-Tok” internetdə uşaqların zərərli informasiyadan qorunması haqqında ABŞ qanunvericiliyini pozduğuna görə, 5,7 milyon dollar məbləğində cərimə olunub. Sözügedən qanuna əsasən, saytlar və internet xidməti ilə məşğul olan qurumlar 13 yaşına çatmamış uşaqların fərdi məlumatlarını valideynlərinin icazəsi olmadan yayımlaya bilməz.
Ölkəmizdə də “Tik-Tok” şəbəkəsindən istifadə edənlərin sayı çoxdur. Təəssüf ki, istifadəçilər arasında azyaşlı və yeniyetmə uşaqlar da var. Bu sosial şəbəkənin bir çox hallarda uşaqların təhsildən yayınmasına, zərərli informasiya və videolarla qarşılaşmasına səbəb olduğu bir həqiqətdir. Ona görə də, ölkəmizdə azyaşlı uşaqların və yeniyetmələrin zərərli sosial şəbəkələrdən qorunması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında “Tik-Tok”un yeniyetmə yaşına çatan və azyaşlı uşaqlara mənfi təsir göstərdiyinin real olduğunu deyib. Onun sözlərinə görə, təkcə “Tik-Tok” resursunda yox, başqa resurslarda da uşaqlar üçün zərərli ola biləcək informasiyalar var. Ekspert Azərbaycanda “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun qəbul olunduğunu da diqqətə çatdırıb:
“Qanun belə məsələləri tənzimləyir. Hesab edirəm ki, aidiyyəti qurumlar qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Aidiyyəti qurumlar deyəndə-Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, hüquq mühafizə orqanlarını nəzərdə tuturam. “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun yanvar ayının 1-dən qüvvədədir. Qeyd etdiyim qurumlar üzərində bu qanunun tələbləri qoyulmalıdır. Onlar uşaqların internetdə təhlükəsizliyini qorumaq üçün ciddi addımlar atmalı, monitorinqlər keçirməli, aidiyyəti qurumlara zərərli informasiyaların götürülməməsi ilə bağlı xəbərdarlıqlar etməlidirlər. Həqiqətən də “Tik-Tok” və onun kimi digər şəbəklələr uşaqlar və yeniyetmələr üçün ciddi problem yarada bilər”.
O.Gündüz maarifçilik işinin aparılmasının da vacibliyini vurğulayıb:
“Valideynlər arasında, təhsil müəssisələrində, internet klublarda maarifləndirmənin olması mütləqdir. Həm ictimai qurumlar, həm də dövlət qurumları birlikdə maarifləndirici işlər görməlidir, “Tik-Tok” kimi sosial şəbəkələrin zərərverici tərəfləri izah olunmalıdır. Valideynlərə internet media və televiziyalar vasitəsilə müəyyən məlumatlar verilməlidir. Uşaqların təhlükəsizliyinin qorunması ilə bağlı proqramların təşkili faydalı olardı. Mobil operatorlar da bu işə bir qədər ciddi yanaşmalıdır. Mobil operatorlar valideynlərə, uşaqlara əlavə imkanlar yarada bilərlər. Bu imkanlarla internetə qoşulan uşaqlar zərərli informasiya ilə rastlaşmayacaqlar. Bildiyim qədəri ilə mobil operatorların bəzilərində uşaqlar və validyenlər üçün belə xidmət var”.
O.Gündüz qeyd edib ki, “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun validyenlərə əlavə hüquqlar verir:
“Məsələn, elə valideyn var ki, onun texnologiyadan başı çıxır, amma elə valideynlər də var ki, onların internet və texnologiyalarla sadə bacarıqları yetərli deyil. Ona görə də qanun valideyn üçün hüquq verir. Yəni, valideyn mobil operatora, internet provayderə zəng edib uşağı olduğunu və provayderdən təhlükəsiz internet xidməti almaq istədiyini deyə bilər. Qanuna görə, provayder və mobil operatorlar borcludur ki, valideynin tələbi ilə ona süzgəcdən keçən təhlükəsiz internet versin. Bu işə nəzarət isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə