Sosial evlərlə bağlı mənzərə dəyişir
Şəymən Bayramova
09:52 14.08.2020
Cəmiyyət
952
Mənzilə sahib olanların müraciət edənlərə nisbəti dəyişməkdədir
Yeni Yasamal Yaşayış Kompleksində mənzilin kvadrat metri 950 manat idi, Hövsanda isə qiymətlər 850 manatdan başlayır
Millət vəkili Vüqar Bayramov Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi son satışlarda bir çox aztəminatlı ailənin mənzil sahibi olduqlarını bildirib. Bir neçə gün öncə müəllim olaraq çalışan vətəndaşlarımızdan birinin mənzilə elektron formada sahib olduğunu və artıq evin açarlarını aldığını bildirən millət vəkili bu barədə ona şəxsin özünün mesaj yazdığını deyib:
"Mənə müraciət edənlərə dəfələrlə bildirmişdim ki, elektron müraciət etsinlər və artıq tələb və təklifin tarazlığı müşahidə olunur. Bu isə o deməkdir ki, mənzilə sahib olanların müraciət edənlərə nisbəti artmaqdadır.
Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov isə "Şərq"ə açıqlamasında deyib ki, artıq mənzilə sahib olanların müraciət edənlərə nisbəti dəyişməkdədir:
“Yeni Yasamal yaşayış kompleksində inşa edilmiş sosial evlərə müraciət kifayət qədər çox olduğu üçün satışa çıxarılan mənzillərin sayı tələbatdan xeyli az idi. Satış zamanı tələb təklifi üstələdiyi üçün haqlı narazılıqlar yaranırdı.
Hövsan Yaşayış Kompleksinin salınması nəticəsində mənzillərin sayı artdı və bu da son nəticədə ev sahibi olanların nisbətinin çoxalmasına gətirib çıxardı. Sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciət edənlərin xeyli hissəsinin elektron sistem vasitəsilə evə sahib olmasına imkan verəcək".
Sosial evlərin müsbət əhəmiyyətini qeyd edən ekspert mənzillərin satış qiyməti ilə bazar qiyməti arasında müəyyən fərq olduğunu deyib: "Hətta Yeni Yasamal Yaşayış Kompleksində mənzilin kvadrat metri 950 manat idi, Hövsanda isə qiymətlər 850 manatdan başlayır. Burada səbəb təkcə qiymətin əlçatanlığı deyil. Əsas hərəkətverici qüvvə maliyyələşmə mexanizmidir.
Sosial evlərin satış üslubu cəlbedicidir və sərfəlidir. Hətta qiymət aşağı olmasa belə, satış şərtləri vətəndaşa sərf edir.Tək narazılıq tələbatın ödənməməsi ilə bağlı idi. O da artıq Hövsanda salınan yaşayış kompleksi sayəsində Bakı şəhərindəki aztəminatlı ailələrin mənzil təminatının müəyyən hissəsinin ödənəcəyini düşünürəm.
Bundan sonra əsas diqqəti regionlara yönəltmək lazımdır. Bildiyim qədəri ilə artıq Gəncədə sosial evlərin tikintisinə başlanılıb. Yəqin proses digər rayonlarda da davam etdiriləcək".
Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1843 mənzildən 1654-ü Agentliyin sərəncamında idi. Bu mənzillərin satışı artıq başa çatıb.
Bu ildən istifadəyə verilən Hövsan Yaşayış Kompleksi 2962 mənzildən ibarətdir. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir. Həmin mənzillərin 803-ü hərbi qulluqçular üçün ayrılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya