“Sosial izolyasiya ilə bağlı problemlər var” - Arxayınlaşmaq olmaz !
Fidan Həmişəyeva
14:55 12.05.2020
Cəmiyyət
852
“Əl yumaq, maskadan istifadə etmək və karantinin digər göstərişlərinə əməl etmək lazımdır”
“Sosial izolyasiya tədbirləri üçün dövlət əlindən gələni etdi. Ölkə başçısı ilk gündən çalışdı ki, koronavirus Azərbaycanda pandemiyaya çevrilməsin”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputatın sözlərinə görə, cənab Prezident koronavirusla bağlı istənilən tədbirləri gördü, lazım olan vəsaitlər ayrıldı:
“Virusun qarşısı alındı və birinci mərhələdə böyük qələbə çaldıq. Amma məsələnin 2-ci tərəfi də var. Bu da insanların sosial izolyasiya tədbirlərinə əməl etməsidir. Sosial izolasiya ilə bağlı böyük bir problem var. Bu gün yer kürəsində 4 milyard yarıma qədər insan karantindədir, dünya iqtisadiyyatı “sürü koma” vəziyyətinə düşüb.
İnsanlar başa düşməlidir ki, bütün bunlar zarafat olsaydı, 4 milyard yarıma qədər insan karantinə alınmazdı. Burada da mental məqamlar var. İnsanlarımız istiqanlıdır, qonaqpərvərdir, qohumcanlıdır, valideynlər uşaqlarını, uşaqlar da validyenləri çox istəyir. Bunları başa düşmək olur, biz soyuq millət deyilik. Amma gərək belə məqamda müəyyən qədər səbrli, nizam-intizamlı olaq.
Çalışmaq lazımdır ki, səhv buraxmayaq. Vətəndaş olaraq hər birimiz elementar qaydalara riayət etməliyik. Əl yumaq, maskadan istifadə etmək və karantinin digər göstərişlərinə əməl etmək lazımdır.
Burada çətin bir məqam yoxdur. Bir müddət öncə karantin qaydalarında yumuşalma oldu və xəsətlərin sayı 2 dəfə artdı. Deməli, arxayınlaşmaq olmaz. Yoluxma sayındakı rəqəmlər nə qədər tez aşağı düşsə, nizam-intizam olsa, dövlət və cəmiyyət üçün bir o qədər asan olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya