Sosial izolyasiya qaydalarına niyə əməl edilmir ?- Ətraflı izah
Banuçiçək Kalbalıyeva
10:04 12.05.2020
Cəmiyyət
931
Verilən rəsmi məlumatlardan belə məlum olur ki, son günlər koronavirusa yoluxanların sayı artıb. Bu, artıq ikinci dalğanın gələ biləcəyinə işarədir. Amma insanlar karantin qaydalarının yumşaldılmasından sui-istifadə edərək sosial izolyasiya qaydalarına əməl etmir, o cümlədən tibbi maska taxmır, sosial məsafəni qorumurlar. Niyə?
Sosioloq Sahib altay “Sherg.az”a açıqlamasında bunun bir neçə səbəbi olduğunu deyib:
“Əvvəla onu bildirim ki, azərbaycanlılar irrasional düşüncəyə malikdirlər. Yəni biz hər şeyi qeyri-ciddi qəbul edə, ən ciddi xəbərləri belə zarafata sala bilərik. Çünki elmi-nəzəri düşüncə tərzinə sahib deyilik. Sosial izolyasiya qaydalarına əməl etməməyimizə təsir edən ən mühüm məqam məhz budur”.
Sosioloq bəzən qeyri-dəqiq informasiyaların verilməsinin də mühüm rol oynadığınmı dedi: “Hərdən dezinformasiyalar, şayiələr yayılır. Hətta məndə olan məlumata görə, bəzi adamlara vəfat edən yaxınlarının ölüm səbəbi kimi pul qarşılığında koronavirusu yazmalarını təklif ediblər. Bu kimi hallar insanlarda pandemiyaya olan inamı azaldır”.
S.Altayın fikrincə, insanın sosial varlıq olmasını da nəzərə almaq lazımdır:
“İnsan təkcə bioloji yox, həm də sosial varlıqdır. Yəni, o, mütləq sosial fəaliyyətlə məşğul olmalıdır. İnsanı insan edən budur. Ona görə də vətəndaşlar evdən çölə çıxmağa, işə gedib-gəlməyə can atırlar. Uzun müddət evdə qalmağın ciddi fəsadları ola bilər. Təsəvvür edin, həbsxanadan çıxan dustaq cəmiyyətə adaptasiya olmaq üçün neçə il əziyyət çəkir. Təsadüfi deyil ki, artıq bir çox Avropa ölkəsində vətəndaşlar karantin qaydalarının aradan qalxmasını tələb edirlər. Çünki iki aydan artıq evdən qalmaq, cəmiyyətdən tədric olunmaq assosiallaşmaqla nəticələnir. Və bu, heç kimin ürəyincə deyil. Onlayn ticarətin üstünlüklərindən danışanlar da məhz bu məqamı- assosiallaşma təhlükəsini unudurlar. Çünki vətəndaş-bazar münasibətləri sosiallaşmanın əsas şərtlərindəndir. Bu mənada sosial izolyasiyaya əməl etmək çətindir. Hökumət bunu lazım bildiyi təqdirdə, qaydaları sərtləşdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət