“Sosial izolyasiya təhlükəsizliyin təmin olunmasına xidmət edir”
Şəymən Bayramova
12:35 22.04.2020
Cəmiyyət
706
Dünyanı lərzəyə salan koronavirus pandemiyasının ölkəmizdə yayılmaması üçün bütün lazımi tədbirlər görülüb. Sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, insanlara məcbur olmadıqca evdən çıxmamaq tövsiyə olunur. Qeyd edək ki xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar.
Hətta bir qrup insanlar dövlətin sosial izolyasiya, özünütəcrid tələblərini “ev dustaqlığı”kimi dəyərləndirib buna etiraz edir. Halbuki sosial özünütəcrid hərəkət azadlığının məhdudlaşdırılması deyil tam əksinə vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır.
Milli Məclisin İnsan Hüquqları komitəsiinin iclasında komitənin üzvü millət vəkili Hikmət Babaoğlunun da dediyi kimi hazırda postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi təqdim olunur. Ancaq bəzən informasiya platformasında informasiya istehlakçılarının hüquqları ya istismar, ya manipulyasiya edilir:
“Ölkəmizdə koronavirus təhlükəsinə qarşı çox ciddi mübarizə aparılır. Bununla bağlı xüsusi sosial izolyasiya tədbirləri həyata keçirilir. Təəssüf ki, bəzi radikal marginal qruplar bunu ictimai rəyə insan hüquqlarının pozulması kimi təqdim etməyə çalışır. Hətta bunu insan hüquqlarının məhdudlaşdırılması kimi beynəlxalq təşkilatların da diqqətinə çatdırmaq istəyirlər. Düşünürəm ki, bu bizim indiki mərhələdə aktuallaşdırmalı olduğumuz problemdir”.
Deputat heç bir situasiyada sosial özünütəcridin hərəkət azadlığının məhdudlaşdırılması ilə eyniləşdirilməsini doğru hesab etmir:
“Hazırki pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipuliyasiya edilməsi ümumi məafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir. Ona görə də radikal müxalifətin bu cür fəaliyyəti ictimai rəy tərəfindən şiddətlə qınanmalıdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq