“Sosial məsafənin saxlanması və qoruyucu maskalardan istifadə zəruridir”
Şəymən Bayramova
14:30 08.06.2020
Cəmiyyət
792
“Maskadan düzgün istifadə, sosial məsafə və əllərin yuyulması qaydalarına əməl edənlər özlərini pandemiyadan qoruyan şəxsdir”
“Əks halda yoluxma sayı artacaq və vəziyyət daha da gərginəşəcək"
Hazırkı mərhələdə beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin nümunəsi göstərir ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Milli və qlobal səylərə rəğmən, dünya miqyasında bu virusun qarşısının alınmasına nail olunmayıb. ÜST-ün yaydığı cari və operativ məlumatlara nəzər saldıqda görürük ki, bir sutkada dünyada COVID-19-a yoluxma sayı 130 mindən çox olmaqdadır. Pandemiya qurbanlarının ümumi sayı isə artıq 400 mini ötüb.
Ölkəmizdə isə xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.
Azərbaycanda koronavirusa yoluxanların sayının getdikcə rekord həddə yüksəlməsindən böyük təəssüf hissi ilə bəhs edən terapevt-hepatoloq Sevindik Arazov “Sherg.az”a virusun bu qədər sürətlə yayılması və yoluxma faktlarının artması əhalinin karantin qaydalarına riayət etməməsi ilə birbaşa əlaqəli olduğunu deyib:
"Eyni zamanda əvvəlki aylarla müqayisədə test müayinələrinin sayının artması, çarter reyslər vasitəsilə xaricdə qalan azərbaycanlıların böyük əksəriyyətinin Vətənə qayıtması nəticəsində yeni yoluxma faktları yüzlərlədir".
Mövcud situasiyada yoluxmaların qarşısını almağın mümkün olmadığını vurğulayan həkimin sözlərinə görə, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində biz ancaq yoluxma sürətini ağaşı sala bilərik:
"İnsanların böyük əksəriyyəti qorunma qaydalarına tam riayət etmir. Hava-damcı yolu ilə yayılmanın qarşısını almaq üçün ilk növbədə sosial məsafənin saxlanması, qoruyucu maskalardan istifadə etmək zəruridir. Maskadan düzgün istifadə, sosial məsafə və əllərin yuyulması qaydalarına əməl edən hər kəs özünü koronavirus pandemiyasından qoruyan şəxsdir. Əks halda yoluxma sayı artacaq və vəziyyət daha da gərginəşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə