Sosial şəbəkə, yoxsa narkobiznes platforması... ?! – İnsanları zəhərləyirlər!
Fidan Həmişəyeva
16:32 11.08.2020
Cəmiyyət
813
“Texnologiyanın inkişafı cinayətlərin artmasına da təsir göstərdi”
“Amma Azərbaycanda hüquq- mühafizə orqanları bu işə nəzarəti gücləndirib”
Bakıda onlayn narkotik satan şəxs saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı Salyan rayon sakini Nicat Nuriyev tutulub. Onun üzərindən axtarış aparılan zaman 116 qram heroin və 6 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Araşdırma zamanı N.Nuriyevin narkotik vasitələri onlayn yolla tanımadığı şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə aldığı məlum olub.
Sosial şəbəkələr artıq narkobiznes platformasına çevrilib. Təəssüf ki, narkotacirlər artıq onlayn yolla qazanc əldə edirlər. Sosial platormalara bu istiqamətdə ciddi nəzarətin olması vacibdir. Əks halda onlar onlayn bazar formalaşdırıb insanları zəhərləməyə davam edəcəklər.
Proseslə bağlı “Sherg.az”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, artıq hüquq- mühafizə orqanları bu işə nəzarəti gücləndirib.
Onun sözlərinə görə, narkotikin onlayn satışı yeni hal deyil. Bu hal Rusiyada çoxdan mövcuddur:
“Ölkəmizdə onlayn satış variantı çox zəifdir. Lakin onlayn formada narkotik satanları ifşa etmək bir qədər çətindir, alan şəxsi isə tapmaq asandır. Cinayət Məcəlləsində narkotik istifadəçisi yox, daha çox satan şəxsə ağır cəza düşür. Polis orqanları onlayn satış edən şəxsi saxlayıbsa, deməli, bu sahədə mübarizə aparılır”.
M.Hacıyev vurğulayıb ki, Rusiyada 4-5 ildir, onlayn sistemdən külli miqdarda narkotik satışı həyata keçirilir. Lakin onlar bununla bağlı effektiv mübarizə apara bilmirlər:
“Ölkəmizdə az da olsa, onlayn satışlar olur. Polis əməkdaşlarının əməliyyatını alqışlamaq lazımdır. Çünki hüquq- mühafizə orqanlarımız bu hallara qarşı sərt mübarizə aparırlar. Bu satışlar informasiya texnologiyasının inkişafı ilə əlaqədar çoxaldı. Ümumiyyətlə, texnologiyanın inkişafı cinayətlərin artmasına da təsir göstərdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm