"Bunun üçün qanuni və hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə, kibercinəyatkarlığa qarşı mübarizə üçün polislərimizi və digər təhlükəsizlik orqanlarında olan müvafiq qurumlarımızı daha da gücləndirməliyik. Eyni zamanda düşünürəm ki , Operativ Qərargah nəzdində sosial pisixologiya və kütləvi davranışların analizi üzrə ixtisaslaşmış mütəxəsislərdən ibarət xüsusi qrup yaradılmalı, ayrı ayrı faktlar analiz edilərək onların baş verməməsi üçün xüsusi rəylər hazırlanmalıdır ki , Qərargah qərarlar qəbul edərkən həmin analizin nəticələrinə uyğun olaraq xüsusi vacib sosio-psixoloji nüansları nəzərə alsınlar.
“Sosial şəbəkələrdə milli maraqlarımıza hücumlar təşkil edilir"
Şəymən Bayramova
10:05 20.06.2020
Cəmiyyət
970
"Hazırda koronovirus pandemiyası dünyada qlobal ekstrimal vəziyyət yaradıb və deməli kollektiv qeyri şüuri davranış üçün real sosial psixoloji zəmin var" .
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, bu sosio-psixoloji davranış qeyri şüuri və kütləvi olduğu üçün fərdin sosial davranışı zamanı sosial məsuliyyəti avtomatik olaraq iqnor edir:
"Hər bir xalq kütləvi psixoza və kollektiv qeyri-şüuri davranış tələsinə düşmədən öncə, bu barədə mütləq düşünməlidir. Şübhəsiz ki ,bu həm də həmin xalqın ziyalılarının və intellektual ictimai institutlarının davranışlarından da xeyli dərəcədə asılıdır. Ona görə də inkişaf etmiş, özünü və dəyərlərini dərk edən cəmiyyətlərdə kollektiv qeyri-şüuri davranışlar olmur.
Belə vəziyyətə cəmiyyətin ümumi maraqlarını təhlükə altına alan ekstremal hadisələrin yaranma ehtimalı artır. Hazırki mərhələdə ayrı ayrı güc mərkəzləri sosial şəbəkələrdən xüsusi informasiya aləti kimi istifadə etməklə kütləvi xaos və iğtişaşlar törətməyə cəhd edirlər. Bu günlərdə Azərbaycanın koronovirusa qarşı mübarizədə əldə etdiyi uğurları heçə endirmək üçün paralel olaraq iki istiqamətdə milli maraqlarımıza qarşı hücumlar təşkil edilir. Bunlardan biri internet resurslarında xüsusi olaraq yaradılan ,”Virtual sosial liderlər”, yaxud “beşinci kolon” vasitəsilə digəri isə klassik və ənənəvi sosial aktorlar vasitəsilə ( şərti olaraq sərhəd hadisələri timsalında ) həyata keçirilir. Ancaq bu paralel hadisələr heç şübhəsiz ki, eyni mərkəzdən idarə olunur və bu mərkəzin adı antiazərbaycançı və islamafob mərkəzlərdir. Sərt sosial özünütəcridlə bağlı hadisələr daha çox sosial şəbəkələr vasitəsilə istismar edilir. Vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı yaradılan xüsusi mexanizm də klassik aktorlar tərəfindən istismar edilir. Nəticədə milli maraqlarımız çarpaz və hibrid hücuma məruz qalır".
H.Babaoğlunun sözlərinə görə, belə məsələlərdə ilk növbədə cəmiyyətimizin ictimai fəal institutları ciddi şəkildə maariflənmə və pozitiv yönləndirmə hərəkətləri etməli, ikincisi isə sosial şəbəkələrdəki virtual liderlərə qarşı hüquq- mühafizə orqanlarımız qəti tədbirlər görməlidirlər:
"Bunun üçün qanuni və hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə, kibercinəyatkarlığa qarşı mübarizə üçün polislərimizi və digər təhlükəsizlik orqanlarında olan müvafiq qurumlarımızı daha da gücləndirməliyik. Eyni zamanda düşünürəm ki , Operativ Qərargah nəzdində sosial pisixologiya və kütləvi davranışların analizi üzrə ixtisaslaşmış mütəxəsislərdən ibarət xüsusi qrup yaradılmalı, ayrı ayrı faktlar analiz edilərək onların baş verməməsi üçün xüsusi rəylər hazırlanmalıdır ki , Qərargah qərarlar qəbul edərkən həmin analizin nəticələrinə uyğun olaraq xüsusi vacib sosio-psixoloji nüansları nəzərə alsınlar.
Əslində, isə bizim milli mentalitetimizi formalaşdıran iki mühüm komponent, dini və milli ənənələrin hər ikisi, kütləvi qeyri –şüuri davranışı rədd edir. Bu isə daha effektiv tədbirlər almağımıza əlavə yardım göstərə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə