Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs həbs edilib
15:01 29.07.2020
Cəmiyyət
622
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz saxlaması ilə məşğul olan Şirvan sakini Samir Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
DİN-dən "Sherg.az"a verilən məlumata görə, şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
İstintaq zamanı həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs Samir Məmmədov müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçərək orada canlı yayımlar açıb və izləyicilərə psixotrop maddə olan metamfetaminin hansı qaydada istifadə edilməsini göstərib.
Həmçinin o, canlı yayımlarda psixotrop maddələri şəxsən özü qəbul edərək insanlara nümayiş etdirib. Bununla yanaşı, Samir Məmmədov sosial şəbəkələrdə narkotik vasitələrin həm alışı, həm də satışı ilə məşğul olduğunu da qeyd edib və gəncləri psixotrop maddələrin istehlakına təhrik edib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respblikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Samir Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə iki ay müddətində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya