Sosioloq: Küçə süpürənlərin günü ağlamalıdır
Yusif Nəzərli
07:57 06.12.2024
Cəmiyyət
447
Özəlləşəndə nə olacaq ki, şirkət sahibləri dövlətdən aldıqları maliyyəni öz ciblərinə qoyacaq, küçə təmizləyənlərə də yenə qəpik-quruş verəcək
“Bizdə də ən optimal variant budur. İcra hakimiyyətləri tamamilə ləğv edilməli, yerli özünüidarəetmə sisteminə keçilməlidir”
“Küçələrin təmizlənməsi sahəsi özəlləşdirilməlidir”. Bu sözləri Milli Məclisin ötən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Küçələrdə təmizlik işləri ilə məşğul olanların 450 manat maaş aldığını xatırladan deputat qeyd edib: “Onlar hər dəfə mənimlə görüşəndə maaşlarının qaldırılmasını xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm".
Sağlam Cəmiyyət Hərəkatının sədr Elçin Bayramlı isə “Sherg.az"a açıqlamasında deputatın təklifinin ağlabatan olmadığını deyib:
“Mənasız təklifdir. Kommunal təsərrüfat işçilərinin maaşının az, iş rejimlərinin də ağır olması məlum məsələdir. İllərdir bu sahədə çalışan insanların maaşlarının artırılması ilə bağlı müzakirələr aparılır.
Bu sahədəki mövcud problemlərdən çıxış yolunu deyə bilməyib, çarəni bu sahənin özəlləşdirilməsində görmək, dövlətin boynundan atmaq absurd yanaşmadır. Guya
küçələrin təmizlənməsi sahəsi özəlləşdirilsə nə dəyişəcək ki!? Onların maaşını kim artıracaq? Birbaşa və ya dolayı yolla olmasının heç bir fərqi yoxdur, istənilən halda bu sahəyə ayrılan maliyyə dövlətin büdcəsindən çıxacaq. Bu cibdən alıb o cibə qoymaqdansa, dövlət birbaşa kommunal təsərrüfat işçilərinin maaşını ən azı 3 dəfə artırmalıdır. Millət vəkilinin bu problemi parlamentdə işıqlandırması, küçələrdə təmizlik işləri ilə məşğul olanların maaşının az olmasını qabartması təqdirəlayiq haldır, lakin bu cür problemi qaldırıb arxasından belə təkliflər vermək doğru deyil.
Əgər bu sahə özəlləşəndə kommunal təsərrüfat sahəsinə büdəcən əlavə vəsaitlər ayrılacaqsa, həmin vəsaiti elə indi artırıb işçilərin maaşına əlavə etsinlər. Özəlləşəndə nə olacaq ki, şirkət sahibləri dövlətdən aldıqları maliyyəni öz ciblərinə qoyacaq, küçə təmizləyənlərə də yenə qəpik-quruş verəcək.
Bəzi ölkələrdə bu işlə bələdiyyələr məşğul olur və onlar da öz işçilərinə normal əməkhaqqı verirlər. Bizdə də ən optimal variant budur. İcra hakimiyyətləri tamamilə ləğv edilməli, yerli özünüidarəetmə sisteminə keçilməlidir. Bizdə isə “nə yardan doyur, nə də əldən qoyurlar””.
E.Bayramlının sözlərinə görə, millət vəkilinin bu təklifi kommunal işçilərin maaşının artırılmasından daha çox dövlətin xərclərinin azaldılmasına yönəlib:
“Vergiləri, cərimələri artırıb, büdcədən ayrılan xərcləri azaltmaq prinsipi düzgün yanaşma deyil. Əgər bu sahəyə vəsait ayırmaq dövlətin üzərində ağır yükdürsə, o zaman çəkilsinlər kənara və idarəetməni bələdiyyələrə versinlər. Bələdiyyələrin də səlahiyyətlərini artırsınlar ki, onlar camaatdan yığdıqları ödəmələr hesabına kommunal təsərrüfat işçilərinin maaşını ödəsin. Problemi fundamental şəkildə qaldırıb çıxış yolları axtarmaq əvəzinə gülünc-gülünc təkliflər irəli sürüb gündəm yaradırlar. Vallah, belə olmaz! Ciddi işlər görmək, ağıllı təkliflər irəli sürmək lazımdır. Parlament oyun meydançası deyil!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm