Sosioloq “tərs köşə”dən gəldi: “Kişilər qadınların psixoloji təsirinə məruz qalır”
Aynur Babazadə
13:10 11.07.2020
Cəmiyyət
1085
“Bunun nəticəsində kişi də fiziki gücünü göstərir”
“Kişilər daha çox ənənələrin qoruyucusu qismində, qadınlarsa daha çox sərbəstliyə can atan təbəqə şəklində ortaya çıxır”
“Burada fiziki cəhətdən kişi güclü olduğu üçün kişilərin əlindən qəfil hadisələr, ölüm hadisələri daha çox çıxır”
İyulun 9-da Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə ona işgəncə verməsi barədə polisə məlumat daxil olub. Bu xəbər əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib.
Bu hadisədən yola çıxaraq iddia edə bilərik ki, Azərbaycanda qadınlara qarşı zorakılıq halları getdikcə artır. Bu sahədə vəziyyətin artıq kritik həddə çatdığını desək, yanılmarıq.
Maraqlıdır, qadınlara qarşı şiddətin artmasının səbəbi nədir?
Sualmızı cavablandıran sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a bildirib ki, məsələnin hər zaman qadına şiddətlə bağlı olması düzgün deyil:
“Problemin kökü ondan ibarətdir ki, cəmiyyətdə sürətlə gedən dəyişikliklərdə qloballaşmanın, ölkədəki sosial-iqtisadi proseslərin, eyni zamanda müəyyən başqa proseslərin də təsiri var.
Doğrudur son illərdə ailələrdə gün keçdikcə gərginlik, qadına şiddət daha da artır. Əvvəllər həm kişi, həm də qadın ailədəki vəzifələrini bilirdi və yerinə yetirirdi.
Eyni zamanda ölkədə ictimai qınaq var idi. Hazırkı dövrdə qadınların daha çox filmlərin, sosial şəbəkələrin, cəmiyyətdə olan başqa proseslərin təsiri altında bir qədər demokratiya, azadlıq haqqında təsəvvürləri genişlənib. Əslində isə o həqiqi azadlıq deyil.
Bəzi qadınlar sərbəstliyi müasirlik kimi qəbul edir. Bu fonda da ailədə gərginlik get-gedə artır, kişilər daha çox ənənələrin qoruyucusu qismində, qadınlarsa daha çox sərbəstliyə can atan təbəqə şəklində ortaya çıxır. Kişilər qadınların psixoloji təsirinə məruz qalır. Bunun nəticəsində kişi də fiziki gücünü göstərir.
Təbii ki, burada fiziki cəhətdən kişi güclü olduğu üçün kişilərin əlindən qəfil hadisələr, ölüm hadisələri daha çox çıxır. Ailənin möhkəmləndirilməsi, hüquqlarının müdafiəsi istiqamətində tədbirlər həyata keçirilməlidir. Həm qadınlar, həm kişilər maariflənməlidir. Cəmiyyətdəki humanitar siyasət dəyişməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə