Stabilləşməni müşahidə etməyə başladıq
Şəymən Bayramova
08:01 09.07.2020
Cəmiyyət
863
İki həftəlik karantindən sonra tədricən platonu görürük, yəni düz xətt, hətta o düz xətt azalmağa doğru gedir
"Biz karantin rejiminin uzadılması və ya ləğvindən öncə bütün dünyanı bürüyən bu bəladan canımızı necə az itki ilə qurtara biləcəyimiz barədə düşünməliyik"
"Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq". Bu barədə ictimaiyyəti məlumatlandıran Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidovun sözlərinə görə, bu müddətdə yoluxma sayında ciddi artım olmadı.
Şöbə müdirinin fikrincə, sərtləşdirilmə qəbul edilməsəydi, o zaman biz hazırda bəlkə də 1000-1500 yoluxma sayı görəcəkdik. Amma indi biz görürük ki, karantin tədbiri növbəti iki həftəyə uzadılıb və tədricən platonu görürük, yəni düz xətt, hətta o düz xətt azalmağa doğru gedir.
Nabil Seyidov hesab edir ki, koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş karantin tədbirləri minimum 60 gün olmalıdır ki, rəqəmlər sıfıra yaxın olsun: "Amma karantin sərtləşdirilməsi o demək deyil ki, infeksiya yox olacaq.
Əgər vətəndaşlar iki saat evdən çıxan müddətdə yenə də sanitar-gigiyenik normalara riayət etməsələr, maska taxmasalar və 5 nəfərdən çox toplaşsalar, tanımadığı adamlarla küçədə rastlaşıb maskasız söhbət etsələr, karantin ilin sonunadək uzadılsa da, bunun qarşısını almaq mümkün olmayacaq".
Bəs, ictimaiyyət üzvləri nə düşünür? Karantin rejiminin yenidən 60 gün uzadılmasına nə dərəcədə ehtiyac var.
Son günlərin statistikasının o qədər də ürəkaçan olmadığını vurğulayan millət vəkili İqbal Məmmədovun dediyinə görə, sərt karantin rejiminin elan edilməsinin məqsədi bu virusun ölkə ərazisində geniş yayılması ilə yanaşı həm də insanlarımızın sağlamlığını qorumaqdır. Lakin bəzi vətəndaşlarımız karantin rejimində yumşalmalar olduqdan sonra sanki bu xəstəlik yoxmuş kimi davranmağa başladılar:
"Marketlərdə, avtobuslarda və digər iaşə obyektlərində qoruyucu tibbi maskadan istifadə etmir, sosial məsafəni qorumurdular. Nəticədə iyun ayının ortalarında gündəlik yoluxma sayı 500-ə qədər yüksəldi. Bu səbəbdən elan olunan 2 həftəlik sərt sərt karantin rejiminin növbəti həftədə özünün müsbət nəticəsini göstərəcəyinə inanıram".
Karantin rejiminin 60 gün müddətinə uzadılmasına gəldikdə isə millət vəkili bu səlahiyyətin Operativ Qərargahda olduğunu deyib: "Onlar dünyada və ölkəmizdə mövcud vəziyyəti, gündəlik yoluxmanın artma dinamikasını, ölənlərin sayını analiz etdikdən sonra lazım olan düzgün qərar verəcəkdir.
Biz karantin rejiminin uzadılması və ya ləğvindən öncə bütün dünyanı bürüyən bu bəladan canımızı necə az itki ilə qurtara biləcəyimiz barədə düşünməliyik. Bu istiqamətdə dövlət tərəfindən bütün lazım olan addımlar operativ şəkildə atılmaqdadır. Biz də sosial məsuliyyətimizi dərk edərək bu yolda dövlətimizə dəstək olmalıyıq. Əlbəttə, heç birimiz karantin rejiminin uzadılmasını istəmirik.
Ona görə də ictimai nəqliyyatda, marketlərdə, ticarət mərkəzlərində qoruyucu tibbi maskadan istifadə etməli, sosial məsafəni qorumalıyıq. Ən başlıcası isə sanitar-gigiyenik normalara əməl etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ və İran sazişin imzalanmasına çox yaxındır
21:40 07.06.2026
Gündəm
Bu, Türkiyəyə milyardlar qazandırdı - Ərdoğan
21:28 07.06.2026
Region
Millimiz Estoniyanı məğlub etdi
20:47 07.06.2026
İdman
İran istənilən hücuma cavab verəcək - Bəqai
19:56 07.06.2026
Region
Tramp: İranla saziş üçün Livan şərt deyil
19:40 07.06.2026
Dünya
Fransa Kiprdə qoşun yerləşdirəcək
19:27 07.06.2026
Dünya
Şamaxıda zəlzələ baş verdi
18:19 07.06.2026
Hadisə
İspaniyada dini ayinə bir milyondan çox insan qatıldı
17:52 07.06.2026
Dünya
HƏMAS komandirlərini məhv edirik - Netanyahu
17:37 07.06.2026
Dünya
9-cu mikrorayonda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
16:57 07.06.2026
Hadisə
9-cu mikrorayonda yaşayış binasında yanğın başlayıb
16:44 07.06.2026
Hadisə
Paşinyandan Türkiyə açıqlaması: Yaxın zamanlarda...
16:39 07.06.2026
Gündəm
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcək
16:32 07.06.2026
Ekologiya
Qəzza zolağında polis postuna hücum nəticəsində 5 nəfər ölüb
16:17 07.06.2026
Dünya
Pakistanın daxili işlər naziri Abbas Əraqçi ilə görüşdü
16:02 07.06.2026
Dünya