STM Neftçaladakı vəziyyəti öyrənib: "Respondentlərin 91.7 faizi içməli sudan əziyyət çəkir"
10:00 07.08.2020
Cəmiyyət
769
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Neftçala rayonunda əhalinin su ilə təminat vəziyyətinə dair ictimai rəy sorğusu keçirilib.
Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə ictimai rəy sorğusu 407 ev təsərrüfatı ilə keçirilib və Neftçala şəhəri ilə yanaşı ətraf kəndləri əhatə edib. Sorğu iştirakçılarının 91.7 faizi son aylar ərzində içməli su ilə təminatda, onlardan 45 faizi həmçinin suvarma suyu ilə təminatda çətinlik çəkdiklərini bildiriblər (təkcə suvarma suyundan çətinlik çəkənlər 3.9 faiziolub). Su təminatında heç bir çətinliklə qarşılaşmadığını cəmi 4.4 faiz respondent bildirib. Sorğu iştirakçılarının əksəriyyəti (79.6 fazisi ) mövcud problemlə son 3 ay ərzində qarşılaşdığını bəyan edib.
Sorğu iştirakçılarının 83.5 faizi hazırda içməli suyu aidiyyəti qurumlar tərəfindən təşkil olunan xüsusi texnikalar (su daşıyan maşınlar) vasitəsilə əldə etdiklərini, 10 faizi quyu suyundan faydalandığını bildirib. Digərləri bulaq suyundan istifadə edənlər və içməli suyu satın alanlardan ibarət olub. Sorğuda iştirak edənlərin 78 faizi hazırkı su təminatının onları qane etdiyini (27.1 faiz tam, 50.9 faiz əsasən qane edir) , 22 faizi isə qane etmədiyini bəyan edib (10.2 faiz “əsasən təmin etmir”, 11.8 faiz “heç qane etmir”).
Respondentlər arasında mövcud problemin həllini yeni su kəmərlərinin çəkilməsində (56.3 faizi), yeni artezian quyularının qazılmasında (21.4 faizi), insanların sudan istifadə ilə bağlı vərdişlərinin dəyişdirilməsində (20.1 faizi) görənlər ilk üç sırada qərarlaşıb.
Sorğu iştirakçılarının təqribən yarısının (48.9 faizinin) rəyinə görə, Prezidentin su təsərrüfatındakı problemlərə həsr olunan müşavirədəki çıxışından sonra aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşmağa başlayıb. 10.9 faiz respondent bu sahənin hələ də diqqətdən kənar saxlanıldığı mövqeyini bölüşüb, 40.2 faiz respondent isə problemin sözügedən çıxışdan əvvəl də aidiyyəti qurumların diqqətində olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual