Türkiyənin Aydın şəhərində Böyük Menderes çayının dənizə töküldüyü ərazinin yaxınlığında yerləşən bataqlıq sahələr stresi atmaq istəyən insanların axın yerinə çevrilib.
Sherg.az xəbər verir ki, hər gün yüzlərlə insanın tilovunu götürüb balıq tutmağa gəldiyi bu bölgədə, balıqçılıq qədər ov ləvazimatlarının satışı da mühüm bir sektor kimi fəaliyyətini davam etdirir.
Həftənin stresini tilovla atdığını bildirən Mahsun Balat, fürsət tapdıqca balıq tutmağa gəldiyini deyib. Balat həmçinin bu vərdişin zamanla asılılıq yaratdığını da qeyd edib.
50 yaşlı Mahsun Balat sözlərinə belə davam edib: “Əslində hər gün kəndə balıq satanlar gəlir. Amma balığı özün tutub yeməyin ləzzəti tamam başqadır”.