Subay qızlar evli kişilərin "tor"una düşür – SEVGİ HİSSİNDƏN SUİ-İSTİFADƏ
Şəymən Bayramova
12:08 13.02.2020
Cəmiyyət
3384
Rayondan oxumağa gələn qız evli kişi ilə eşq yaşayıb, övlad dünyaya gətirib. Lənkəranın Kərgəlan kəndindən İsmayılov Elşən Novruz oğlu və Balakən rayon Kortala kəndindən olan qız 2017-ci ildə tanış olublar. Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. 2018-ci ildə uşaq doğulub. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. Tələbə qız uşağı Balakən rayonunda dünyaya gətirib.
Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var.
Əlində bir uşaqla ortalıqda qalan qadın Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramından kömək istəyib: "Universitetdə oxuduğum müddətdə məni qaçırdıb. Ondan bir uşağım var. İndi yoxdur, məni qoyub gedib. İstəyirəm, gəlib uşağına atalıq etsin. Hamilə olduğumu bildikdən sonra məni atdı. Mənə evli olduğunu deməmişdi. Özü haqqında hər şeyi yalan demişdi. Bilsəydim evlidir, onunla bərabər olmazdım". Tələbə qızın evli kişidən uşaq doğması tamaşaçılar və ekspertlər tərəfindən hiddətlə qarşılanıb.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq"ə açıqlamasında deyib ki, evli kişilər subay qızların etibarından sui-istifadə edir:
"Kimlərinsə etibarından, hisslərindən sui-istifadə etmək, onu inandırmaq, həyatına müdaxilə etmək və gələcəyini təhlükə altına qoymaq bu, böyük bir cinayətdir. Təəssüflər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, ümumiyyətlə, qanunvericilikdə bu cür mənəvi dəyərlər baxımından hər hansı cinayət statusu yoxdur və müəyyən edilmir. Bu isə geniş yayılmış bir məsələdir. Hesab edirəm ki, yaxın illərdə bu problemlə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər olacaq".
Konkret məsələyə gəldikdə isə M.Zeynalova deyib ki, qızın azyaşlı olmasına görə, həmin adam birmənalı olaraq məsuliyyətə cəlb olunmalıdır:
"Deyək ki, bu qız uşaq olub. Həmin adam bunun başını aldadıb. Lakin 25-30 yaşlı xanımlarımız belə bəzən tanımadıqları adamlarla münasibətdə olub, sonradan böyük bir xəyal qırıqlığı və məyusluq yaşayırlar. Bizə müraciət edənlər qadınlar olub. Onlardan necə tanış olduqlarını soruşmuşuq ki, məsuliyyətə cəlb olunması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edək. Dayanıb üzümüzə baxırlar ki, haqqında heç nə bilmirəm. Hesab edirəm ki, qızlarımız tanış olduqları adamla münasibətdə diqqətli olmalı, onların "tor"una düşməməlidirlər. İnandırım sizi, qızların çoxu sevgili olduqları adamın evli olmasından xəbərsiz olur. Bəzən isə qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor”u çalışdıra bilər
00:10 17.09.2026
Futbol
Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub
23:59 16.09.2026
Tarix
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə