“Sülh göyərçinləri”nə sərt təpki: "Ordumuzun zəfərlərindən narahatdırlar”
04:42 26.10.2020
Cəmiyyət
894
Mirmahmud Mirəlioğlu: "Vətən müharibəsinin əleyhinə danışan adamlar bizdən deyil"
Hazırda Azərbaycan vətən müharəsi aparır. Ordumuz ermənilərin işğal etdiyi Azərbaycan ərazilərini qarış-qarış azad edir. Bu günlərdə böyüklü-kiçikli, iqtidarlı-müxalifətli hər bir azərbaycanlı Prezidentin və ordumuzun ətrafında yumruq kimi birləşib. Azərbaycan xalqı dünyaya öz həmrəlyini bir daha sübut edir. Sözün əsl mənasında əzmkarlıq nümayiş etdirir.
Fəqət, elə müharibə başlayan gündən - sentyabr ayının 27-dən etibarən “no war”(müharibəyə yox) şüarı bəzi “sülh göyərçinləri”nin dilindən düşmür.
Bununla kifayətlənməyib absurd fikirlərini sosial şəbəkələrdə də təbliğ edərək insanlarda təslimçi ruh yaradıb, mübarizə əzmini sındırmağa çalışırlar.
Bu arzuolunmaz tendensiya ilə bağlı “Sherg.az”a danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu qeyd edib ki, vətən müharibəsinin əleyhinə danışan adamlar, “no war” şüarı səsləndirənlər bizdən deyil.
Onlar bizim dilimizdə danışsalar da, bizdən deyillər. Vətənin azad olunması ilə bağlı Azərbaycan ordusunun bu gün apardığı müharibənin əleyhinə hər kim danışırsa, onlar düşməndirlər, düşmənə isə hansı münasibət göstərilirsə, onlara da həmin münasibət göstərilməlidir”.
M.Mirəlioğlu vurğulayıb ki, həmin “sülh göyərçinləri”nə qarşı lazımi tədbirlər görülməlidir:
“Müharibə dövründə xəyanətkarlar bağışlanmır. Əsirlərlə, girovlarla, xəyanətkarlarla necə rəftar etmək lazım olduğu müharibə qanunlarında qeyd olunub. Bunlar dünyada qəbul olunmuş qaydalardır. Azərbaycan Respublikası da beynəlxalq hüquqa əsasən həmin öhdəliklərə əməl edir. Torpaqların azad olunmasının əleyhinə çıxanlar qarşı da həmin tədbirlər görülməlidir”.
KXCP sədri onların məqsədləri barədə isə belə deyib:
“Onlar Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərdən narahatdırlar”.
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm