Suqovuşana çəkilən magistral yolda ANAMA təmizləmə işi aparır
09:33 29.11.2020
Cəmiyyət
670
Tərtər Suqovuşan yolunun yenidən qurulması üçün, əraziləri minaladan və partlamamış silah sursatdan təmizlənməsi üçün əməliyyat axtarış tədbirləri davam etdirilir.
APA bildirir ki, bunu ANAMA-nın Operativ Qərərgahın rəisi İdris İsmayılov söyləyib.
Artıq burda 10 gündür təmizləmə işi 3 istiqamətdə əllə, mexaniki maşınlarla və minaaxtaran vasitəsilə həyata keçirilir.
Bu günə kimi 169 ədəd mina və partlamamış hərbi sursat tank əleyhinə və piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. 10 km yoldan artıq 8 km -i təmizlənib. Son 3-4 gün ərzində isə yerdə qalan hissəsi təmizlənib istifadəyə veriləcək. Ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat, 4500 ədəd piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb. Hazırda partlamamış silah sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir. Ümumi ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə tam olaraq bu işlərin başa çatdırılması isə 10 il müddətində başa çatdırılması nəzərdə tutulur. 10 il dedikdə bu insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən tam olaraq azad olunma, ucqar dağlıq ərazilərdə, əkin otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya