Suriya, İraqda döyüşən azərbaycanlılar geri qaytarılacaq
Fidan Həmişəyeva
11:09 13.02.2021
Cəmiyyət
804
Mahmud Hacıyev: "Onların hamısı bilir ki, cinayət tərkibli əməllər törədiblər və Azərbaycana gəlsələr, azadlıqdan məhrum ediləcəklər"
Suriya və İraqa döyüşmək üçün gedən azərbaycanlıların qaytarılması gözlənilir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib: “Onların geri qaytarılması məsələsi ilə aidiyyəti qurumlar məşğuldurlar”.
Onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə bununla bağlı öz üzərinə düşən vəzifəni yerinə yetirir.
M.Qurbanlı onu da qeyd edib ki, Suriyaya, İraqa döyüşməyə gedənlər üç qrupa bölünür: müəyyən maddi şirnikləndirməyə inananlar, macəra axtarışında olanlar və orda baş verənlərin, təəssüf ki, cihad olduğuna inananlar.
Sözügedən şəxslərin geri qayıdacağına inanmadığını deyən sabiq polis rəisi Mahmud Hacıyev “Şərq”ə bildirib ki, müvafiq qurumlar bu sahədə iş görsələr də, həmin döyüşçülər ölkəyə gəlməyəcəklər:
“Həmin şəxslər geri qayıtmaq istəməsələr, aidiyyəti qurumlar nə edəcək? Ona görə də bu prosesin hüquqi qüvvəsi yoxdur. Bir var ki, həmin şəxslərdən kimsə könüllü şəkildə geri qayıtsın. Lakin inanmıram ki, belə bir hal baş versin. Çünki onların hamısı bilir ki, cinayət tərkibli əməllər törədiblər və Azərbaycana gəlsələr, azadlıqdan məhrum ediləcəklər”.
M.Hacıyev qeyd edib ki, Suriya və İraqda döyüşən azərbaycanlılar bir halda geri qaytarıla bilər:
“Məsələn, həmin insanlar getdikləri ölkələrdə cinayət əməli törədib, həbs ediliblərsə. Bu zaman iki dövlət arasında hüquqi müqavilə varsa, danışıqlar gedə bilər. Müəyyən qurumların məsələ ilə məşğul olması absurddur. İnanmıram ki, kimsə könüllü olaraq qayıdıb özünü 20 il azadlıqdan məhrum etsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat