Sürücülərinə NƏZƏRİNƏ ! - Hansı hallarda cərimə yazılır ? – Ətraflı izah
Məlahət Rzayeva
09:56 08.04.2020
Cəmiyyət
1180
Karantin qaydalarının sərtləşdiyi günlərdə şəxsi avtomobili ilə hərəkət etmək istəyənlər arasında bəzən çaşqınlıq yaranır; avtomobil üçün icazə alanlar, özlərinin hərəkəti üçün də SMS vasitəsilə icazə almalıdırmı? Həmçinin bu günlərdə müddəti bitmiş sürücülük vəsiqəsi , yaxud avtomobilinin texniki baxışdan keçirilmə müddəti yetişənlər hara və necə müraciət etsin? Bu məsələlər qaydalarda necə nəzərdə tutulur? Avtomobil sahiblərini və sürücüləri narahat edən məsələ ilə bağlı “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı “Sherg.az”a açıqlama verib:
- Birincisi, vətəndaş avtomobilini qeydiyyata saldırıbsa, deməli, evdən çıxarkən əlavə izacə almağa, harasa SMS göndərməyə ehtiyac yoxdur. Şəxsin özünün fərdi qaydada icazəsi varsa, avtomobillə hərəkət etməyinə problem yoxdur. Məntiqi cavab budur ki, SMS-lə icazə alıb şəxsi avtomobillə hərəkət etmək, avtobusla getməkdən daha təhlükəsizdir. Amma avtomobillə hərəkətdə olarkən digər sərnişinlər evdən çıxmaq haqqında bildirişi SMS vasitəsilə və ya kağızda, olmalıdır. Məncə, qaydalarla bağlı ziddiyətli məqamlarda Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumat üstün tutulmalıdır. Heç bir polis əməkdaşı istəməz ki, bu çətin günlərdə hansısa vətəndaşa karantinə görə cərimə yazsın. Ona görə də heç kim də gözünü döyə-döyə heç nədən xəbəri yoxmuş kimi küçəyə çıxmasın. Gecə-gündüz TV-lər, radiolar deyir, göstərir, saytlar yazır, sosial şəbəkələrdə paylaşılır.
Sürücülük vəsiqəsinin və texniki baxış müddətinin bitməsi, eləcə sığorta məsələlərinə gəlincə, E.Muradlı qeyd etdi ki, bunun üçün “ASAN Xidmət”ə müraciət edilməlidir. Amma bu məsələ elektronlaşdırılsaydı, daha rahat olardı:
- Sürücülük vəsiqəsi məsələsi hələ ki, açıq qalıb. Məlum səbəblərə görə DYP-nin qeydiyyat-imtahan şöbələri işləmir, bu funksiya “ASAN Xidmət”ə verilib, onlar da məlum səbəblərdən işləmir hələ ki. Texniki baxışa görə isə güzəşt edilir. Amma bu, martin 29-dan sonra vaxtı bitənlərə aiddir. Martın 29-dan sonra və texniki baxışa görə verilmiş əlavə 20 gün bitirsə, cərimə yazılmayacaq. Texniki baxışa görə yol polisinin texniki baxış şöbələrinə müraciət etmək olar. Sıgortaya görə isə heç bir güzəşt yoxdur. Çünki sığorta haqqı istənilən formada – poçtla, onlayn qaydada, plastik kart vasitəsilə, ödəmə terminallarından, bank vasitəsilə… ödənə bilir.
E.Muradlı bildirdi ki, vətəndaşlarımız hazırkı çətin məqamda daha da məsuliyyətli olmalıdır:
- Bir neçə gündür, cərimələrlə bağlı rəqəmlər açıqlanır. Nə qədər sürücü, piyada cərimələnir. Amma baxırsan, ertəsi gün yenə küçəyə çıxırlar, yenə cərimə olunurlar. Kimsə çıxır küçəyə, gəlib danışır ki, cərimə eləmədilər, başqası da deyir, “onda mən də çıxım”. Belə olmaz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm