"Talışlar özləri ermənilərin cavabını verdi"
Məlahət Rzayeva
08:50 07.10.2020
Cəmiyyət
876
Eldəniz Quliyev:"Bizim indiki kimi bu qədər bərabər, bir yerdə olduğumuz, birgə olduğumuz zaman olmayıb"
"Xalqın ruh birliyini heç bir təxribatçı hərəkətlə pozmaq mümkün olmayacaq"
Azərbaycan Silahlı Qüvvələrinə cəbhədə uduzan ermənilər öz çirkin niyyətlərini yenə etnik müstəviyə transfer etməyə cəhd göstərir. Qapalılığı təmin edilsə də, yenə bəzi təxribatçılar sosial şəbəkəyə yol tapıb zərərli paylaşımlar edir. Azərbaycan Ordusunun hər dəfə zəfərlə nəticələnən əks-hücum həmlələrini həzm edə bilməyənlər xalqın arasına etnik ayrı-seçkilik salmağa çalışırlar. Bu günlərdə sosial şəbəkələrdə müxtəlif istifadəçi adları altında edilən paylaşımlarda döyüş meydanlarında Azərbaycanın cənub bölgəsinin daha çox şəhid verdiyi qeyd edilir. Vətənini, ölkəsini sevən vətəndaşın ağlına belə gətirmədiyi sözlər yazılır, talışlara anti-Azərbaycan çağırışları edilir.
Fikirlərini “Şərq”lə bölüşən Azərbaycan Ziyalılar Hərəkatının sədri, senarist və kinodramaturq Eldəniz Quliyev Vətən müharibəsi aparıldığı bir zamanda xalq tərəfindən təxribatçıların cavabının layiqincə verildiyini bildirdi:
- Bu gün ordumuz zəfər ardınca zəfərlər qazandığı bir zamanda Azərbaycan xalqı bütün spektri ilə - bu ölkədə yaşayan, bu ölkəni öz Vətəni bilən hər bir vətəndaşı ilə bərabərdir, bütövdür. Bizim indiki kimi bu qədər bərabər, bir yerdə olduğumuz, birgə olduğumuz zaman olmayıb.
Bu, qürurvericidi. Çünki ortada Vətən var. Təbii ki, xalqımızın bu birliyindən qorxuya düşənlər təxribata can atır, təxribatçı çıxışlar edir, ayrı-seçkilik salmağa çalışan paylaşımlar edirlər. Bu artıq sübut olundu ki, ermənilər Azərbaycanda yaşayan etnik qrupları nəzərdə tutaraq saxta səs yazısı ilə müraciət yayıb ki, “siz talışsınız, sizə nə dəxli var Qarabağ müharibəsinin...”
Amma onu da gördük ki, məhz talış ziyalıları, gənc fəallar onları yerində oturtdu. İndi biz məcbur qalıb “talış” ifadəsini işlədirik. Azərbaycan ərazisində yaşayan, vətəndaşımız olan bütün xalqların nümayəndələri ilə bütöv bir ölkədir.
Azərbaycanda heç vaxt etnik ayrı-seçkilik olmayıb. Bu ziyanlı məsələni zaman-zaman düşmən qüvvələr qaldırıb, xalqın birliyini pozmağa, ölkəmizi zəiflətməyə çalışıblar. Amma indi çox fərqli bir zamandır, fərqli situasiyadır. Bu gün xalqın ruh birliyi mövcuddur.
Hamı da anlayır ki, ruh birliyi səmimi birlikdir. Bu ruh birliyi cəbhədəki əsgərə də sirayət edir, arxa cəbhədəki hər bir insanımıza, bütövlükdə cəmiyyətə də.
E.Quliyev vurğuladı ki, xalqın ruh birliyini heç bir təxribatçı hərəkətlə pozmaq mümkün olmayacaq:
- Xalq cəm halında dəniz kimidi; bətnində artıq bir şey saxlamır, dalğalar o artıqları sahilə çıxarır. Bəd niyyətli adamlar həmişə olub, olacaq da. Xalqımız isə bir olub onları lazımsız əşya kimi kənara atmağı bacarır. O adamların səsi karvana və yaxud ulduza hürən itlərə bənzəyir. Məni ən çox sevindirən o oldu ki, talışlar özləri onların cavabını verdi.
Hətta təəccüb etdim, fərqli düşüncəli şəxslər kimi tanıdıqlarım da təxribata layiqli cavab verdilər və Vətən müharibəsində xalqla birgə olduqlarını bəyan etdilər. Azərbaycanda yaşayan, bu ölkənin vətəndaşı olan etnik qruplar arasında heç bir ayrı-seçkilik yoxdur.
Kim də buna cəhd edirsə, düşməndir, erməni təxribatlarını həyata keçirir. Sizə bir şey deyim, insanların arasına nifaq salmaq asandı, gəlib birisi barədə bir söz deyərsən, qarşındakında o adama qarşı nifrət yaranar, araya nifaq daxil olar.
Amma xalqın ruh birliyini pozmaq mümkün deyil. Xalq o zaman güclü olur ki, fiziki birlikdən ruh birliyi yaranır. İndi Azərbaycan xalqı birgə ruh halındadı. Bu birliyi artıq heç kim poza bilməz.
Tarixi qələbələr ilahi ədalətlə müşayiət olunur. Azərbaycan xalqı, Ali Baş Komandanı və ordusuyla birgə ruh halında tarixi və ilahi ədalətə söykənən qələbə çalmaqdadı. Ortada Vətən varsa, məsələ Vətənsə, məsələ torpaqlarımızın, yurd yerlərimizin işğaldan azad edilməsidirsə, siyasi ambisiyalar, siyasi məqsədlər kənara qoyulmalıdır. Heç bir siyasi maraq olmamalıdır.
Bir bu gün görürük ki, Vətən hamımızı necə birləşdirdi. Torpaq hamımızı yumruq kimi birləşdirdi. Elə bu birlikdən də ruh birliyi yarandı. Ruh birliyinə sahib xalq hər cür şücaət və rəşadət göstərməyə qadirdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
15:54 08.06.2026
Cəmiyyət
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm
İsrail Güneyin bu şəhərini vurdu
15:33 08.06.2026
Dünya
Lisey və gimnaziyalara qəbul başlayır
14:53 08.06.2026
Elm və Təhsil
İranla yeni döyüş bu qədər çəkəcək - İsrail
14:27 08.06.2026
Gündəm
Leyen Paşinyanı təbrik etdi: "Bizə etibar edə bilərsiniz"
14:19 08.06.2026
Gündəm
Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur
14:03 08.06.2026
Cəmiyyət
Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır
14:01 08.06.2026
Hadisə
Xızı-Altıağac yolu çökdü
13:57 08.06.2026
Hadisə
Aziz Yıldırımın hücumçu planı: Muriqi və Qirassi hədəfdə
13:47 08.06.2026
Futbol
Tramp: İsrail və İran hücumları dərhal dayandırmalıdır
13:46 08.06.2026
Gündəm
Qaxda 1 ton çətənə kolu məhv edilib
13:26 08.06.2026
Hadisə
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:56 08.06.2026
Ekologiya
İsrail Müdafiə Qüvvələri: Iranın HHM sitemləri məhv edilib
12:34 08.06.2026
Dünya
Paşinyan QALİBDİR: Artıq Moskvanı müttəfiq adlandırmır
12:26 08.06.2026
Gündəm