Tamahına, nəfsinə məğlub olan o qədər insan var ki...
Banuçiçək Kalbalıyeva
14:05 24.05.2020
Cəmiyyət
716
Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əməl etməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranın müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.
Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Həmçinin müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan 8 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilib. Bölmədə polislər həmin şəxsləri tibbi maska ilə təmin ediblər.
Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar.
Keçmiş polis rəisi Mahmud Hacıyev bu barədə “Sherg.az”a danışarkən qanun pozuntularının təbii olduğunu deyib:
“İnsan olan yerdə mütləq pozuntusu baş verir. Çünki bütün insanların qanunvericiliyə, qadağalara münasibəti eyni deyil. Tamahına, nəfsinə məğlub olan o qədər insan var ki. Əsas odur, belələrinə qarşı mübarizə aparılsın”.
M. Hacıyevin sözlərinə görə, müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəlir:
“Hüquq-mühafizə orqanlarının əməkdaşları onları yaxalayır və inzibati qaydada məsuliyyətə cəlb edir. Ya ciddi miqdarda cərimə ödənilir, ya da qısa müddətlik azadlıqdan məhrum etmə qərarı verilir. Bu, digərləri üçün də ibrət dərsidir. Amma dediyim kimi, həmişə etinasız münasibət göstərənlərə rast gəlmək mümkündür. Odur ki, KİV də bu işdə fəal olmalıdır. Həmçinin hüquqi maarifləndirmə gücləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya