Tarix institutu islahatlara başladı
Turan
03:36 19.02.2021
Cəmiyyət
818
"Bəzi şöbələr ləğv edilib, digər şöbələr isə birləşdirilərək yenidən təşkil olunub"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilib. Xatırladaq ki, ötən ay Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov öz istəyi ilə vəzifəsindən azad olunub. Onun yerinə institut rəhbəri postuna tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov təyinat alıb. Rəhbərliyin dəyişməsi ilə bərabər institutda islahatlara start verilib. Elmi Şuranın ötən gün keçirilən iclasında qurumun 8 şöbəsinin ləğv olunması qərarlaşdırılıb.
Qeyd olunub ki, institutun 4 otağında 8 şöbənin yerləşməsi elmin inkişafına maneçilik törədir. Struktur dəyişikliyinə uyğun olaraq, şöbələrin sayı 19-dan 12-yə endirilib. Şöbələrin daxilindəki bölmələr də ləğv olunub. Dəyişikliklər nəticəsində ümumilikdə şöbələrin otaq və texniki təminatında müəyyən dərəcədə yaxşılaşma olacağı gözlənilir. Bundan əlavə, institutda “Siyasi partiyalar və ictimai təşkilatların tarixi” şöbəsi yaradılıb. Şöbənin yaradılması müasir Azərbaycanda siyasi partiya və təşkilatların artan rolu nəzərə alınaraq onların tarixinin tədqiqi və dövlətin müvafiq orqanlarına tövsiyələr verməsi məqsədi daşıyır.
AMEA Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “Şərq”ə bildirilib ki, müasir dünyada tarix elminin inkişaf prioritetləri institut qarşısında ciddi vəzifələr qoyub:
"Bu vəzifələrin həyata keçirilməsi üçün əsaslandırılmış elmi-tədqiqat strukturunun olması vacib şərtdir. Hazırda Tarix İnstitutunda 28 struktur vahidi var. Onlardan 19-u elmi-tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. Şöbələrin istiqamətləri və sayları çox olduğundan belə bir struktur ilə Tarix İnstitutunun qarşısında qoyulan vəzifələrin həyata keçirilməsində müəyyən çətinliklər yaranır.
Bunu nəzərə alaraq, Elmi şura Tarix İnstitutunda bəzi struktur dəyişikliyinin həyata keçirilməsilə bağlı qərar qəbul edib. Bəzi şöbələr AMEA-nın digər institutlarında və ya bilavasitə institutun özündə təkrar olduğu üçün ləğv edilib, digər şöbələr isə birləşdirilərək yenidən təşkil olunub. Ləğv edilən və ya yenidən təşkil edilən şöbələrin əməkdaşlarının müvafiq qaydada yerləşdirilməsinin təşkili məqsədilə baş direktor və yeni struktur üzrə şöbələrin rəhbərlərindən ibarət komissiya yaradılmalıdır. Bu zaman həm yeni, həm də mövcud şöbələrdə əməkdaşların elmi-tədqiqat dövrləri və problemlər əsasında yerləşdirilməsi və ya yerdəyişməsi əsas götürüləcək.
Dəyişikliklərin şəffaf və aşkarlıq şəraitində aparılmasının təmin edilməsi üçün tədbirlər də görüləcək. Əlbəttə, hər bir əməkdaşın arzu və təklifinə qayğı ilə yanaşılmalı və qərar mütləq şəkildə onlarla razılaşdırılmalıdır”.
AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın qədim tarixi” şöbəsinin elmi işçisi Ramin Əlizadə də “Şərq”ə açıqlamasında bildirib ki, uzun müddət ölkə tarixşünaslığında və strukturlarda sovet ənənəsi əsas rol oynayıb, hakim konsepsiya olub. Tarixçi-alim vurğulayıb ki, əgər struktur dəyişiklikləri elmi-tarixi araşdırmalara öz təsirini göstərəcəksə, o zaman effektiv nəticə verəcək:
“Təkmilləşdirmə, araşdırmaların daha intensiv aparılması və konkret bir profildə mütəxəssislərin yetişdirilməsi baxımından Tarix İnstitutunda struktur dəyişikliklərinin olması çox önəmlidir. Bəzi tarixi dövrlərlə bağlı araşdırmalar yeni aspektdə getməlidir. Əsas diqqəti kifayət qədər aktual olmasına rəğmən, bugünədək tarixşünaslığımızda əksini tapmayan mövzulara yönəltmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuba inqilabının veteranı Ramiro Valdes Menendes vəfat edib
02:22 22.06.2026
Dünya
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya
İsrail Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyini açıqladı
16:57 21.06.2026
Dünya