
Təcili yardım gecikir, taksi səhv gedir -RƏY
18:30 03.11.2025
Cəmiyyət
610
Köhnə ünvan bazaları idarəetməni çaşdırır, vaxt və resurs itkisinə səbəb olur
Rauf Ağamirzəyev: “Dövlət sistemləri Ünvan Portalı ilə sinxronlaşmasa, təhlükəsizlik və xidmətlər risk altındadır”
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev hazırda əksəriyyəti narahat edən problem - naviqasiyada eynilik barədə paylaşım edib. Mütəxəssis haqlı olaraq qeyd edir ki, son illərdə rəqəmsallaşmada müsbət yeniliklər tətbiq olunur, elektron sistemlər sosial həyatın bir çox sahəsini əhatə edir. Lakin faktiki ünvanların e-portallardakı ilə eynilik təşkil etməməsi problemlər yaradır. Əhali bu problemlə gündəlik həyatda da qarşılaşır. Məsələn, taksi sifarişi zamanı sifariş edilən ünvan əvəzinə, başqa istiqamət çıxır. Sifariş edilən ünvan portalda görünmür deyə, naviqator vasitəsilə də tapmaq mümkün olmur. Təcili yardım xidmətinin də səhv ünvan göstərilmə səbəbindən çağırışlara gecikməsi halları baş verir. R.Ağamirzəyev qeyd edir ki, naviqasiyada və coğrafi məlumatlarda ünvan eyniliyi yalnız texniki məsələ deyil - bu, idarəetmənin səmərəliliyi, xidmətlərin koordinasiyası və vaxt resursunun qənaəti üçün əsas şərtdir:

- İstənilən ünvana düzgün çatmaq üçün xəritə, poçt, təhsil, təcili yardım və digər sistemlərin eyni ünvan bazasından işləməsi vacibdir. Əks halda, eyni bina və ya təşkilat fərqli sistemlərdə fərqli adla qeyd olunur — bu isə çaşqınlıq, gecikmə və idarəetmədə uyğunsuzluq yaradır. Azərbaycanda ünvan sisteminin əsas bazası olan Ünvan Portalı (unvanportali.az) 2018-ci ildən fəaliyyət göstərir. Bütün küçə adları, binalar, ev nömrələri və poçt indeksləri məhz bu portalda toplanır və rəsmi vahid ünvan bazası kimi tanınır. Lakin bir çox dövlət qurumları və portallar hələ də köhnə məlumat bazalarından istifadə edir. Bunun nəticəsində eyni obyektin fərqli ünvanlarla göstərilməsi halları geniş yayılıb. Məsələn, paytaxtın Nərimanov rayonundakı məktəblər nümunəsində https://bakimektebleri.edu.az/ saytında göstərilən ünvanlarla ÜnvanPortalı.az-dakı rəsmi ünvanlar arasında ciddi fərqlər var. 21 məktəbdən yalnız 2-də ünvan tam uyğun gəlir (45 və 193 saylı məktəblər). Qalanlarının ya küçə adları, ya da ev nömrələri fərqlidir. Bu isə göstərir ki, BakıMəktəbləri sistemi hələ də Ünvan Portalı ilə sinxronlaşdırılmayıb və 2018-ci ildən əvvəlki ünvan məlumatlarını saxlayır. Niyə bu eyniləşmə çətindir? Köhnə məlumat bazalarının qalması — bir çox dövlət sistemləri 2018-dən əvvəl formalaşıb və avtomatik yenilənmir. Texniki inteqrasiya (API) çatışmazlığı — Ünvan Portalı ilə digər sistemlər arasında məlumat ötürülməsi avtomatik deyil. İdarələrarası koordinasiya zəifdir — hüquqi əsas olsa da, faktiki inteqrasiya prosesi tam təmin olunmayıb. İnsan faktoru — bəzi qurumlar hələ də köhnə ünvan adlarını işlətməyə vərdiş ediblər. Problemin aradan qalxması üçün bütün dövlət saytlarında Ünvan Portalı ilə avtomatik sinxronizasiya (API) tətbiq edilməlidir. Köhnə ünvanların avtomatik yönləndirmə sistemi (redirect) aktivləşdirilməlidir. Vahid ünvan formatı (rayon → küçə → ev/giriş → poçt indeksi). Ünvan ID kodunun bütün dövlət sistemlərində tətbiqi vacibdir. Ünvan dəyişiklikləri barədə ictimai məlumatlandırma və maarifləndirmə işi aparılmalıdır. Naviqasiyada və dövlət xidmətlərində eynilik təhlükəsizlik, rahatlıq və səmərəlilik üçün vacibdir. Ünvan Portalının 7 ildir mövcud olmasına baxmayaraq, bir çox qurum hələ də onun məlumat bazasından vahid mənbə kimi istifadə etmir”.
Sakinlərdən bəzisi qeyd edir ki, yaşayış ünvanını portalda yoxladıqda fərqli ünvanların qeyd olunduğu görünür. Məsələn, evin çıxarışı Asan Xidmətdə 2020-ci ildə alınıb, orada ünvan fərqli qeyd edilib. 2 il öncə şəxsiyyət vəsiqəsi yenilənən vətəndaşın qeydiyyat ünvanı yeni yaşayış yeridir, amma portaldakı ilə hələ də eynilik təşkil etmir. Bəzi yeni çıxarışlarda (kupçalarda) isə 2 ünvan yazılır – həm yeni, həm də köhnə. Elektron sənədlərdə dəyişiklik aparılmır. “Zərifə Əliyeva” küçəsindəki bəzi obyektlərin ünvan məlumatı köhnə adla – “Azərbaycan prospekti” çıxır. Sənəd köhnə qalıb deyə ünvan da köhnədir. Ünvan məsələsində problemlərdən biri də Təcili tibbi yardım maşınlarının yeni və köhnə ünvana vaxtında çata bilməməsidir. Yaxşı olardı ki, Təcili Tibbi Yardım avtomobilləri də Taksi xidmətinə tətbiq edilən proqramla işləsin, Xəstənin yerləşdiyi məkan zəng vurulan ünvan TTY avtomobilinin monitorunda görünsün. Belədə çağırışa gecikmədən, vaxtında çatmaq olardı.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya