Tədbirlər nəticə verir: “Məşğulluq və sosial rifaha dəstək rəğbətlə qarşılanır”
Şəymən Bayramova
12:56 21.04.2020
Cəmiyyət
675
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Bununla yanaşı, aprelin 17-də Azərbaycan Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətində 600 milyon manat vəsait ayrılıb.
Məsələni şərh edən iqtisadçı Asif İbrahimov “Sherg.az”a deyib ki, Azərbaycanda aparılan iqtisadi və sosial islahatlar xalqımızın çətin vəziyyətə tab gətirməyinə və böhrana qalib gələcəyinə imkan yaradıb:
“Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir. Məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır. 12 mindən çox ailənin özünüməşğulluq proqramına cəlb edilməsi istiqamətində işlər aparılır. Proqramın həcminin genişləndirilməsi atılmış ən doğru və gələcək üçün ən məhsuldar addımlardan biridir. Proqamın icrası ölkədə ailə biznesi ilə məşğul olan bir çox kənd təsərrüfatı, sənaye subyektlərinin ciddi inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, bu proqramın icrası genişmiqyaslı və davamlı inkişafa hesablanmış olmalıdır”.
İqtisadçının fikrincə, özünüməşğulluq proqramının icrasına başlanılarkən yerli və qlobal tələbat təhlil edilməlidir:
“Bu sahədə tətbiq edilən müsbət təcrübələr, beynəlxalq standartların tələbləri indidən tətbiq edilməlidir. Azərbaycan istehsalçısı istehsal etdiyi hər məhsulu istər yerli, istərsə də xarici bazarlarda asanlıqla sata bilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
10:44 10.04.2026
Sağlamlıq