Təhlükə sovuşmayıb: “Pandemiyanın ikinci dalğası istisna olunmur”
Şəymən Bayramova
12:44 04.05.2020
Cəmiyyət
794
“Sağlam yaşamaq istəyiriksə, dövlətə dəstəyimizi göstərməli, göstərilən bütün qaydalara əməl etməliyik”
Azərbaycanda koronavirusla əlaqədar olaraq karantin rejimi may ayının 31-dək uzadılıb.
Məhdudiyyətlərin yumşaldılması Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələ ilə həyata keçiriləcək. İctimaiyyət üzvləri də mövcud situasiyada karantin rejiminin uzadılmasını yeganə düzgün qərar kimi dəyərləndiriblər.
Bu barədə “Sherg.az”a danışan millət vəkili Aydın Hüseynovun sözlərinə görə, heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın və müvafiq dövlət qurumlarının məlumatlarına ciddi yanaşmaqla qaydalara əməl etməliyik. Çünki verilən rəsmi məlumatlarda pandemiyanın ikinci dalğasının istisna olmadığı bildirilir".
Hələ də pandemiya təhlükəsinin sovuşmadığını xatırladan deputat bildirib ki, gündəlik yoluxma və sağalma statistikasına nəzər salmaqla təhlükənin hələ də davam etdiyini görürük:
"Hətta bəziləri karantinin yumşadılmasını pandemiyanın birdəfəlik aradan qaldırıldığı kimi başa düşür. Əslində isə belə olmamalı, sağlamlığımız üçün qaydalara əməl etməli və maarifləndirici tədbirlərin daha geniş arenada yayılmasına öz dəstəyimizi göstərməliyik".
A.Hüseynovun sözlərinə görə, hər bir vətəndaşımız üzərinə düşən vəzifələrə ciddi yanaşmalı, xəstəlik dalğasının yenidən yayılmaması üçün gigiyenik qaydalara əməl etməlidir:
"Bir sözlə, sağlam yaşamaq istəyiriksə, dövlətə dəstəyimizi göstərməli, göstərilən bütün qaydalara əməl etməliyik. Üzərimizə düşən öhdəlikləri yetərincə dərk edib, özümüzü və cəmiyyətimizi qorumalıyıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kir Starmer istefa verəcəyini açıqlayacaq
12:39 17.05.2026
Dünya
Sağlam ürək üçün 8 ƏSAS TƏDBİR
12:35 17.05.2026
Sağlamlıq
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
12:29 17.05.2026
Hadisə
Mixail Zabelin vətəndaşların problemləri ilə maraqlanıb
12:04 17.05.2026
Aktual
Arı zəhəri süd vəzi xərçəngini məhv edir - Yeni elmi iddia
11:47 17.05.2026
Sağlamlıq
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
11:30 17.05.2026
Gündəm
Türk xalqları bu gün yenidən öz tarixi missiyasına qayıdır - ŞƏRH
10:57 17.05.2026
Gündəm
Tam 27 ton: Yeni dinozavr növü aşkar edilib
10:55 17.05.2026
Tarix
İrandan Hörmüz boğazı ilə bağlı yeni mexanizm
10:49 17.05.2026
Dünya
Qorxulu icad - Düşüncələri mətnə çevirəm papaq
10:35 17.05.2026
Sağlamlıq
Artıq uşaqlara DÜZ OTUR deməyəcəksiniz
10:27 17.05.2026
Sağlamlıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
10:15 17.05.2026
Gündəm
Zimbabvenin Vitse-prezidenti Azərbaycana səfərə gəlib
10:05 17.05.2026
Gündəm
Biz Ukrayna üçün çox iş görmüşük - Çinin xarici işlər naziri
09:52 17.05.2026
Dünya