Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi məni düşünmədən o videonu yaymağa məcbur etdi”. R.Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar. Hazırda Almaniyada yaşadığı deyilən R.Məmmədovun videosu ölkə ictimaiyyətində ciddi rezonans doğurmuş, dərhal cəzalandırılması tələb olunmuşdu. Qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı Rəşad Məmmədovun Almaniyada Müsavat Partiyasına mühacir alveri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak etdiyini bildirib.
"Təhlükəli təxribatların qarşısı qanunun sərt üzü ilə alınmalıdır"
Turan
08:32 17.07.2020
Cəmiyyət
805
Tural Abbaslı: "Məsələyə daha köklü və dərindən yanaşmalıyıq"
Ötən gün Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan və erməni olduğu deyilən Rəşad Məmmədov sosial şəbəkə vasitəsilə açıqlama yayıb. O, bu cür video yaymasını emosional olması ilə əlaqələndirib: “Həddən artıq emosional insanam və vətənpərvərəm. Mənə gələn xəbərlər, o məlum videogörüntünü yaymağımı məcbur etdi.
Çünki dözə bilmədim, o qədər insanın ölüm xəbəri, insanlarımızın yürüşü, səfərbərlik tələbi məni düşünmədən o videonu yaymağa məcbur etdi”. R.Məmmədov iddia edib ki, bəzi şəxslər bilərəkdən bu cür məlumatlar yayırlar. Hazırda Almaniyada yaşadığı deyilən R.Məmmədovun videosu ölkə ictimaiyyətində ciddi rezonans doğurmuş, dərhal cəzalandırılması tələb olunmuşdu. Qeyd edək ki, Ağ Partiya sədri Tural Abbaslı Rəşad Məmmədovun Almaniyada Müsavat Partiyasına mühacir alveri ilə bağlı açılan cinayət işində əsas şahid kimi iştirak etdiyini bildirib.
R.Məmmədovun videosu ətrafında cərəyan edən prosesləri “Şərq”ə dəyərləndirən AĞ partiya rəhbəri Tural Abbaslı belə məsələlərin bu qədər şəxsiləşdirilməsinin tərəfdarı deyil. Onun fikrincə, bu gün Rəşad olar, sabah başqa “x” adam. Ona görə də məsələyə daha köklü və dərindən yanaşmalıyıq:
“Burada informasiya təhlükəsizliyi, ölkəmizin belə həssas məqamlarda informasiya təxribatlarına hazırlıq dərəcəsi, bu cür cəhdlərin qarşısının effektiv və fəsadsız formada alınması yollarını təhlil etmək lazımdır. Mühacirətdə olan və nə istədiyini özü də bilməyən birinin əlində qalmalı deyilik. Əgər qalırıqsa, deməli, nəsə çatmır. Problemin özünü həll etməkdən daha vacib onu yaradan səbəbləri aradan qaldırmaqdır. Mən dövlətin xüsusi xidmət orqanlarını bu cür təxribatların qarşısını qətiyyətlə almağa çağırıram.
Əminəm ki, müvafiq qurumda kifayət qədər işini bilən, peşəkar və vətənpərvər insanlar çoxdur. Təhlükəli təxribatların qarşısı sadəcə olaraq ictimai qınaqla deyil, qanunun ən sərt üzü ilə alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə
Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafı qəbul edib
17:48 24.06.2026
Gündəm