TƏKLİF ! - "Məmurlar sosial şəbəkələrə gəlsinlər !"
Fidan Həmişəyeva
16:43 13.08.2020
Cəmiyyət
635
“Xarici ölkələrdə siyasətçi məmurlar sosial şəbəkələrdə auditoriyalarının olmasını istəyirlər”
“Azərbaycanda isə funksionerlərin xalqa hesab vermək, onlardan güc almaq kimi bir qayğısı yoxdur”
“Belə olan halda onların sosial platformada xalqla ünsiyyətdə olmaq kimi bir istəyi olmur”
Sosial şəbəkələr günümüzün reallığıdır. Operativlik baxımından sosial şəbəkələr telekanalları qabaqlayır. İctimai məlumatlılıq baxımından müasir dövrümüzdə sosial şəbəkələrin çox böyük üstünlüyü var. İnsanların çoxu onları narahat edən problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etməz əvvəl məhz sosial şəbəkələrdə ictimailəşdirməyə çalışırlar.
Avropa ölkələrində deputatların, rəhbər şəxslərin demək olar ki, hamısı sosial şəbəkədən aktiv istifadə edirlər. Azərbaycanda da bunun əsası demək olar qoyulur. Xüsusilə, Avropa təhsili görmüş, nisbətən cavan məmurların sosial şəbəkədə səhifələri var.
Məmurlarla müqayisədə sosial şəbəkədən istifadə edən deputatların sayı daha çoxdur. Düzdür, Feysbuka, İnstaqrama “allergiya”sı olan deputatlar da az deyil. Yəqin seçicilərin problemlərlə bağlı onlara kütləvi şəkildə müraciət edəcəklərini bildiklər üçün bu platformara qatılmırlar.
Mövzuya dair fikirlərini “Sherg.az”la bölüşən media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, xarici ölkələrdə, əsasən siyasətçi məmurlar sosial şəbəkələrdə auditoriyalarının olmasını istəyirlər:
“Beləliklə, çalışırlar ki, həmin auditoriya ilə canlı təmasda olsunlar ki, onlarla seçkidən-seçkiyə yox, bütün dönəmlərdə aktivliyi qorusunlar. Nəticədə səsvermə zamanı onlardan səs istəyə bilsinlər.
Azərbaycanda isə istər seçilənlərin, istərsə də təyin olunanlarin xalqa hesab vermək, onlardan güc almaq kimi bir qayğısı yoxdur.
Belə olan halda ölkəmizdə məmurların və deputatların sosial şəbəkədə xalqla ünsiyyətdə olma kimi bir istəyi olmur. Bizdə məmurların sosial şəbəkələrdə aktiv olmamasına dair problemin dayaq nöqtəsi budur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm