Təklif:"Baş nazirin müavinlərindən biri sırf tıxac problemi ilə məşğul olmalıdır"
Məlahət Rzayeva
06:17 19.09.2019
Cəmiyyət
903
Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov “Şərq”ə açıqlamasında problemin həlli üçün bir neçə variantdan istifadə edilə biləcəyini dedi:
- Nəqliyyat vasitələri çoxalır, amma yol infrastrukturu avtomobil intensivliyi ilə uyğun gəlmir. Bakı qədim şəhərdir, baxmayaraq ki, son illərdə yeni avtomobil yolları salınıb, dar küçələr, yollar da qalmaqdadır. Bu da hədsiz avtomobil sıxlığı olduğu vaxtda hərəkətin intensivliyinin təmin edilməsinə imkan vermir. Yay aylarında şəhərdən kənara istirahətə gedənlər də qayıdır.
Bu da hərəkət sıxlığı yaradır. Müəyyən küçələrin avtomobil ötürmə qabiliyyəti aşağıdır. Enli yol getdikcə daralır, bu da hərəkət sıxlığına səbəb olur. Parklama problemi var. Səkilərin kənarı 2 zolaq, hətta 3 zolaq avtomobillərlə zəbt olunur. Cəmi bir hərəkət zolağı qalır. Bu problemi layihələndirmə-memarlıq işləri ilə həll etmək olar.
Təəssüf ki, layihələndirmələrdə nəqliyyat planlaşdırılması nəzərə alınmır. Bütün böyük şəhərlərdə belə planlaşdırma aparılır. Dubay kimi nəhəng şəhərdə nəqliyyatın xüsusi planlaşdırılması həyata keçirilir. Bizdə isə yaşayış binaları yol kənarında tikilir, əksəriyyətin parklanma yerləri yoxdur. Yaşayış binalarının alt mərtəbələri market, satış obyektləri kimi icarəyə verilir, bu da bir tərəfdən hərəkətə mane olur. Halbuki yaşayış binalarının 1-2 mərtəbələri avtomobil parklanma yerləri olsa, yolun hərəkət hissəsində sıxlıq xeyli azalar. Həllini gözləyən digər məsələ ali məktəblərin mərkəzdən kənarlara köçürülməsidir. Orta məktəblərin də hərəkət təhlükəsizliyi pasportu olmalıdır. Məktəb hansı sahədə yerləşir, şagirdlər üçün avtomobil yolu nə dərəcədə təhlükə daşıyır və sairə məsələlər dəqiq göstərilməlidir.
F.Eyyubov təklif də irəli sürdü:
- Məsələn, avtomobillərin şəhərə buraxılması qaydalarına dəyişiklik edilə bilər. Köhnə avtomobillər yığışdırılsa, bu da problemin həllinə kömək edər. Yol infrastrukturu, tıxac problemi ilə bağlı metodik mərkəz olmalıdır. Baş nazirin müavinlərindən biri sırf bu işlə məşğul olmalıdır. 2019-23-cü illər Dövlət Proqramında yol infrastrukturu ilə bağlı xüsusi bəndlər var. Amma iş zəif gedir. Nəzəriyyənin praktikada təsiri görünməlidir. Amma görünmür. İnsanlarımızdan da çox şey asılıdır. Nə qədər ki, piyada-sürücü-sərnişin “mənim işim yaxşı getsin” prinsipi ilə hərəkət edəcək, problemlər də qalacaq.
Məlahət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur