Tələbə yoldaşının tələsi: Sitarə Yusifli 17 min manatlıq dələduzluğun qurbanı olub
10:23 13.10.2025
Cəmiyyət
422
Vətəndaş Sitarə Yusifli üzləşdiyi dələduzluqla bağlı şikayət məktubu ilə "Şərq" qəzeti redaksiyasına müraciət edib. S.Yusifli məktubunda bildirib ki, iki il öncə tələbə yoldaşı Türkan Qənbərova və anası Vəfa Vəliyeva onun 17000 AZN, həmçinin digər 18 nəfərin ayrı-ayrı məbləğlərdə pulunu mənimsəyib. O vurğulayıb ki, Vəfa Vəliyeva və onun anasının birbaşa vasitəçiliyi ilə Tacəddin Hacıyev və Cəmşid Əmirov adlı şəxslərin kart hesablarına 9 min və 8 min manat pul vəsaiti köçürülüb:
"Tələbə yoldaşım Türkan Qənbərova zəng edərək anası Vəfa Vəliyevanın Təhsil Nazirliyinin işçilərindən olduğunu və tanışlarının çoxluğunu bildirərək məni müəllimliyə işə düzəldəcəyini vəd edib. Xeyli vaxt keçəndən sonra Vəfa Vəliyeva anama zəng edərək deyib ki, məsələ alınmasa, bahalı maşınlarını, evlərimdən birini satıb pulumuzu qaytaracaq. Biz pulu Tacəddin Hacıyev və Cəmşid Əmirov adlı şəxslərin kartlarına köçürmüşük. Telefon nömrəmizə gələn mesajlar, çeklər, kartların fotoları sübut kimi əlimizdədir".
Zərərçəkmişin sözlərinə görə, əvvəlcə məlum şəxslər onlardan sənəd-sünədi hazırlamağı istəsələr də, sonradan başqa cür danışıblar: "Vəfa Vəliyeva mənimlə əlaqə saxlayaraq, məsələnin alınmadığını, ondan şikayətçi olmamağımızı istəyib. Pulumuzu da qaytaracağına söz verib. Ardınca qızı Türkan Vəliyeva məni yığaraq söylədi ki, "narahat olma, anam pulun hamısını vermeyib, 5000 AZN özündə saxlayıb".
S.Yusifli qeyd edib ki, məsələ ilə bağlı Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıb:
"Prokurorluq əməkdaşı Fərid Əmirov bizdən izahat alıb. Sumqayıt Şəhər Prokurorluğunun baş ədliyyə müşaviri Mürvət Həsənova müraciətlər ünvanlanıb. Bayram Əlioğlu adlı vəkil zəng edərək iş üzrə təyin olunduğunu deyib, amma nəticə yoxdur. Bizi aldadan şəxslər hazırda təhsil sahəsində fəaliyyət göstərirlər. Tacəddin Hacıyevin Türkiyəyə getdiyi, Cəmşid Əmirovun Füzuli rayonu icra hakimiyyətində işlədiyi deyilir".
Vətəndaş müraciətində onun məsələsinə laqeyd yanaşılmamasını, müvafiq qurumlar tərəfindən araşdırılaraq tədbir görülməsini xahiş edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm