Tələsməyək, bir az da səbr etməliyik
07:33 12.11.2020
Cəmiyyət
542
Azərbaycanda internetə girişlə bağlı məhdudiyyətlər hələlik qüvvədədir. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, hələlik bəzi internet resurslara tətbiq olunan məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı ilə bağlı dəqiq məlumat yoxdur.
Məsələ ilə bağlı fikirlərini "Şərq"ə bölüşən internet-media eksperti Səbuhi Abbasov diqqətə çatdırıb ki, gələn həftənin ilk günlərində internetə olan məhdudiyyətlər aradan qaldırıla bilər. O vurğulayıb ki, birdən-birə müharibə ilə bağlı tətbiq olunan bütün məhdudiyyətlərin aradan qaldırılması doğru deyil:
"Bildiyimiz kimi, müharibə həm cəbhədə, həm də informasiya sahəsində çox ciddi gedir. Məkrli düşmən kifayət qədər təxribat həyata keçirməyi planlaşdırmışdı.
Bütün bu planların qarşısını almaq və bu təxribatların hərbi proseslərə təsirini minimuma endirmək üçün müəyyən məhdudiyyətlər tətbiq olundu. Bilirsiniz ki, bu məhdudiyyətlər əsasən, sosial şəbəkələri əhatə edirdi və onların bir çox funksiyalarının bağlanması ilə nəticələnmişdi. Məlum olduğu kimi, noyabrın 9-da üçtərəfli bəyanat imzalandı.
Bununla da, Azərbaycanın qələbəsi tam rəsmiləşdi. Amma Ermənistanda siyasi baxımdan hazırda çox ciddi təxribatlar var. Çox ciddi çağırışlar edilir. Erməni siyasətçiləri dörd gün ərzində müqavilənin ratifikasiya məsələsini gündəmə gətirməyin mümkün olduğunu deyirlər. Ona görə də biz gözləməliyik, səbr etməliyik. Ən azı bu həftə ərzində səbrli olmalıyıq".
Ekspert vurğulayıb ki, ilk növbədə Ermənistanın müqavilə öhdəliklərinə əməl edəcəyinə əmin olmalıyıq:
"Biz 30 ildir ki, torpaqlarımızı işğalda saxlayan hərbi xunta ilə müqavilə imzalayarıq. Onların bu müqavilə şərtlərinə tam əməl edəcəyinə inanmaq, sadəlövhlük olardı. Düşünürəm ki, biz tamamilə rəsmiləşdirilmiş qələbəmizə heç bir təxribatın olmayacağına əmin olduqdan sonra internetə olan məhdudiyyətlər aradan qalxa bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya